Institutional Information: Mühəndislik Fakültəsi, Mühəndislik Və Tətbiqi Elmlər Kafedrası, Maşın Mühəndisliyi Ixtisası
WoS Research Areas: Engineering Mechanical, Engineering Computing & Technology (Eng), Engineering
Scopus Research Areas: Automotive Engineering, General Engineering
Avesis Research Areas: Engineering and Technology
Metrics

Publication

62

Publication (Scopus)

2

Citation (Scopus)

4

H-Index (Scopus)

1

Intellectual Property

2
UN Sustainable Development Goals
Biography

Cəfərov Elman Novruz oğlu 1973-cü il yanvarın 2-də Gürcüstan respublikasının Bolnisi rayonunun Kvemo-Bolnisi(Kəpənəkçi) kəndində anadan olub.

Bolnisi rayonunun Kvemo -Bolnisi   1№ li orta məktəbində təhsil alıb.

1990-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olmuş və 1995-ci ildə həmin Universiteti bitirərək “Mühəndis texnoloq” ixtisasını alıb.

1995-1996-cı illərdə hərbi qulluqda olub.

1999-cu ildən Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunda “Texniki elmlər” kafedrasında mühəndis vəzifəsində çalışıb.

2000-ci ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasında baş laborant, assistent, baş müəllim hal hazırda isə  “Mühəndislik və tətbiqi elmlər” kafedrasının 0,5 ştat əvəzçiliklə dosent vəzifəsində çalışıb.

2014-cü ilin dekabr ayının 12-də dissertasiya işi müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2014-cü ilin 1 may tarixində “Texnologiya və dizayn” fakültəsinin dekan müavini, 2020-ci ildə “Rəqəmsal iqtisadiyyar” fakültəsinin dekan müavini olaraq ictimai əsaslarla dekan vəzifəsinə, 2021-ci ilin sentyabırında “Rəqəmsal iqtisadiyyar” fakültəsinin dekan vəzifəsinə təyin edilmişdir.

56 elmi metodiki məqalənin, o cümlədən  2 dərslik, 4 dərs vəsaiti, 3 metodiki göstərişin, 5 fənn proqramı və 2 müəlliflik şəhadətnaməsinin müəllifidir. Eyni zamanda Scopus bazasında indeksləşən 2 məqaləm nəşr  olunmuşdur.

Azərbaycan Respublikası Yeni Azərbaycan Partiyasının üzviyəm. 25 noyabr 2020-ci il tarixində UNEC-in 90 illiyi ilə əlaqədar Təhsil Nazirinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Ailəlidir. İki övladı var.