Emiliya Vəli qızı Qasımova 1981-ci ildə Bakı şəhərində
anadan olmuşdur,azərbaycanlıdır.1998-ci ildə Bakı şəhəri Rüfət Məmmədov adına
269 saylı orta məktəbi bitirmişdir.1998-ci ildə Xarici Dillər İnstitutuna daxil
olmuş 2002-ci ildə Azərbaycan Dillər Universitetini bitirmişdir.2005-ci ildə magistraturanı fərqlənmə diplomu ilə
bitirmişdir.2005-2008ci ilə qədər Nərimanov rayonu Gültəkin Əsgərova adına 200 saylı orta məktəbdə
İngilis dili müəllimi vəzifəsində işləmişdir.2005-2024ci illərdə Türkiyə Dəyanət
Vəqfi Bakı Türk liseyində müəllim vəzifəsində işləmişdir.2008-ci ildə AMEA-Nəsimi
adına dilcilik institutunun disertanti olmuşdur.2013-cü ildə “Bədii tərcümədə
antroponim və toponimlərin transliterasiyası” mövzusunda namizədlik
dissertasiyasını mudafiə etmişdir.23 yanvar 2015-ci il tarixli (protokol
№03-k)qərarı ilə E.V.Qasımovaya filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi
verilmişdir. 19 illik elmi pedoqoji staja malikdir.2008-ci ildən Azərbaycan
Dövlət İqtisad Universitetinin <<Xarici dillərin tədrisi >>mərkəzində ingilis dili müəllim vəzifəsində calışır. 2017 ci ildə baş
müəllim vəzifəsinə təyin edilmışdir . 20 aprel 2022 ci ildən dosent vəzifəsinə
təyin edilmişdir.26 elmi məqalənin ,iki kitabin
müəllifidir.Beynəlxalq və respublika səviyyəli elmi-praktik
konfranslarda daim fəal iştirak edir.Web of science jurnalında “How to read
quickly and effectively “mövzusunda məqaləsi
çıxıb.
2023 cü il 22-26 Oktyabr tarixlərində Fransanın Paris şəhərində SUBJECT İMPORTANCE OF NEW ECONOMIC TERMS IN AZERBAIJANI AND
ENGLISH mövzusunda beynəlxalq konfransda
iştirak etmşdir.
2023-cü il 8-10 Noyabr
tarixlərində Türkiyənin Rizə şəhərində 5th İNTERNATİONAL ACTİVİTİES
TO STRENGTHEN STUDENTS PRACTİCAL
SPEAKİNG SKİLLS .
2023 –cü il 2iyun tarixində İGEDER (İstanbul Gönüllü
Eğitimçilər Derneği )tərəfindən təşkil edilmiş
Ünsiyyət Mühiti və Effektiv Tədrs təlimində iştirak etmişdir.
2024 cü il 19-21 Yanvar tarixlərində İspaniyanın Valensiya şəhərində
HOW BEST OVERCOME SPEAKING DIFFICULTIES
mövzusunda beynəlxalq konfransda iştirak
etmişdir.
Fəal
müəllim Beynəlxalq təcrübənin müasir tətbiqləri seminarında,Tələbə nailiyyətlərinin
artırılması yönümlü müasir tədris metodları mövzusunda, Bakı Slavyan
Universitetinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr
olunmuş “Azərbaycanşünaslığın aktual problemlemləri” ll Beynəlxalq elmi konfransda , Speaking
barriers webinarında ,Paris –Sorbone Univerisitetinin “İnteractive Education in
University System” training və s seminarlarında iştirak etmişdir.
Emiliya Qasımova bir neçə dəfə açıq dərs vermiş, kafedranın
və departamentin təşkil etdiyi
seminarlarda ,ingilis dilinin tədrisi metodikasına həsr edilmiş nəzəri-metodoloji
və praktik konfranslarda çıxış etmişdir.
Emiliya Qasımova işlədiyi
müddət ərzində özünü nizam intizamlı , calışqan bir müəllim kimi göstərmiş,
universitetin və fakultənin ictimai həyatında fəal iştirak etməklə professor
–müəllim və tələbə heyətinin hörmətini qazanmışdır.
F.f.dok.Emiliya Qasımova ixtisas fəni üzrə
proqramların metodik göstərişlərin tərtib edilməsində fəal iştirak edir.
- Elektron poçt
- emiliya_gasimova@unec.edu.az
- Digər E-poçt
- emiliyaqasimova1981@gmail.com
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/emiliya_qasimova
- Ofis
- Azərbaycan Dövlət İqtisad Universiteti (I-ci tədris binası)