Tərcümeyi-hal
Mən, Rəhmanov Fərhad Pənah oğlu, 1952-ci il martın 20-də Bakı
şəhərində qulluqçu ailəsində anadan olmuşam. Milliyyətcə azərbaycanlıyam. Soyadımı
bu günə kimi dəyişməmişəm. 1959-cu ildə Bakı şəhəri Səbail rayonunda 6 saylı
orta məktəbin birinci sinfinə qəbul olunmuşam. Orta məktəbdə təhsilimi
bitirdikdən sonra, 1969-cu ildə S.M.Kirov adına Azərbaycan Dövlət
Universitetinin “Mexanika-riyaziyyat” fakultəsinə daxil olmuşam.
1974-cü ildə həmin Universiteti bitirmişəm. Həmin ildə Azərbaycan
Respublikası Elmlər Akademiyasının Kibernetika İnstitutuna işə qəbul olunmuşam.
1976-cı ildə istehsalatdan ayrılmaqla Azərbaycan Respublikası Elmlər
Akademiyasının İqtisadiyyat İnstitutunda aspiranturaya qəbul olunmuşam. 1979-cu
ildə aspiranturanı bitrmişəm. 1984-cü ildə Moskva şəhərində SSRİ Elmlər
Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunun “Əhalinin həyat
səviyyəsi problemləri” şöbəsində dissertasiya işini müdafiə edib, iqtisad
elmləri namizədi alimlik dərəcəsini almışam.
1985-ci ildə müsabiqədən keçməklə “SSRİ neftkimya və neftayırma
sənayesi Nazirliyinin rəhbər işçiləri və mütəxəssislərinin ixtisasartırılması
İnstitutunun” Bakı filialında baş müəllim vəzifəsinə işə qəbul olunmuşam. Burada
çalışdığım müddət ərzində, SSRİ-nin müxtəlif şəhərlərində, o cümlədən Moskva,
Kiyev, Volqoqrad, Voljski, Aşqabad şəhərlərinə ezam olunmuşam, elmi-tədqiqat
institutlarının, müəssisələrin mütəxəssisləri üçün tədris-metodiki təlimlər keçmişəm
və dəfələrlə bu təşkilatlardan çalışdığım İnstitutun ünvanına təşəkkür
məktubları almışam.
1991-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun “Sosial-iqtisadi
planlaşdırma” kafedrasının dosent əvəzi vəzifəsinə işə qəbul olunmuşam.
1995-ci ildə müsabiqədən keçərək “Keçid İqtisadiyyatı Ölkələrində Sosial
Siyasətin İslahatları” (SPRITE) Dünya Bankı İnstitutunun təhsil proqramı
çərçivəsində ABŞ-da, Vaşinqton şəhərində təlim seminarının iştirakçısı olmuşam.
Proqramın məqsədi respublikada sosial siyasət islahatları, sosial müdafiə,
səhiyyə və təhsilin problemlərinin həlli istiqamətində təhsil kurslarından və
ali məktəblərin rəhbərləri üçün təlim və tədris seminarlarının keçirilməsindən
ibarətdir. Hal-hazırda SPRITE-Azərbaycan proqramının rəhbəriyəm.
1997-ci ildən ADİU-nun “Sosial sferanın iqtisadiyyatı və idarə
eilməsi” kafedrasında dosent vəzifəsində çalışırdım.
2005-ci ildən mən ADİU-nun “İqtisadiyyatın dövlət tənzimlənməsi” kafedrasında
dosent vəzifəsinə keçirilmişəm.
2004-2008-ci illərdə “İqtisadiyyatın tənzimlənməsi” fakultəsinin
dekan müavini vəzifəsini icra etmişəm.
2007-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişəm.
2011-ci ildə “professor” elmi adı almışam.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 26 sentyabr tarixli
1748 nömrəli Sərəncamı ilə “Əməkdar Müəllim” fəxri adını almışam.
2012-ci ilin may ayında ADİU rektorunun əmri ilə “İqtisadi hüquq”
kafedrasının müdiri təyin olunmuşam.
2017-ci ilin sentyabr ayında ADİU rektorunun əmri ilə “İqtisadiyyat”
kafedrasına məsləhətçi-professor vəzifəsinə təyin olunmuşam və hal-hazırda bu
vəzifədə çalışıram.
40 illik elmi və pedaqoji fəaliyyət dövrü ərzində 155 elmi əsərin, o
cümlədən, 7 monoqrafiya və 3 dərs vəsaitinin müəllifiyəm.
Cinayət məsuliyyətinə cəlb olunmamışam.
Mənim yaxin qohumlarım:
Atam, Rəhmanov Pənah Əbdülrəhman oğlu – 1987-ci ildə vəfat edib.
Anam, Şeydabəyova Firuzə Əbülfəz qızı – 2016-ci ildə vəfat edib.
Həyat yoldaşım Mehdiyeva Nailə Məhərrəm qızı 1951-ci ildə anadan
olub. Təqaüdçüdür.
Qızım Firuzə – 1981-ci
ildə anadan olub.
Oğlum Rüfət – 1987-ci ildə anadan olub.
/ F.P.Rəhmanov /
- Elektron poçt
- farhad_rahmanov@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/farhad_rahmanov
- Mobil telefon
- +994 503695631