Fəridə Şamil qızı Əmirova 1951-ci ildə Zəngilan rayonunun Pircivan kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini (keçmiş D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu) bitirmişdir. Elə həmin ildən universitetdə pedaqoji fəaliyyətə başlamışdır. 1990-cı ildə iqtisad elmləri namizədi elmi dərəcəsini, 1998-ci ildə isə dosent elmi adını almışdır. Hazırda UNEC-də İqtisadiyyat kafedrasında dosent kimi fəaliyyət göstərir. Elmi işləri əsasən iqtisadi inkişaf strategiyası və maliyyə-pul mexanizmlərinin nəzəri-metodoloji problemlərinə həsr olunmuşdur. 80-dən çox elmi məqalənin müəllifidir. 2004-cü ildə “Xan qızı Natəvan” mükafatı ilə təltif olunmuşdur.
Fəridə Əmirova insan resursları sahəsində 15 ildən artıq təcrübəyə malikdir və beynəlxalq CIPD sertifikatına sahibdir. O, müxtəlif təlim və forumlarda iştirak etmiş, o cümlədən WoWoman HR Academy-nin təşkil etdiyi “Excellence through People” forumunda “İnsan resurslarının peşəkar təcrübə modeli – uğura gedən yol” mövzusunda çıxış etmişdir.
Fəridə Əmirova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin İnkişaf Proqramının birgə layihələri çərçivəsində fəaliyyət göstərmişdir. O, Tərtər və Ağcabədi rayonlarında İcma Resurs Mərkəzlərinin açılışında layihə koordinatoru kimi çıxış etmiş və icma nümayəndələri üçün “Effektiv ünsiyyət bacarıqları” mövzusunda təlimlər keçirmişdir.
- Elektron poçt
- farida_amirova@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/farida_amirova