Korporativ Akademik dərəcələr: i.e.n.
Müəssisə məlumatları: İqtisadiyyat Və İdarəetmə Fakültəsi, İctimai İdarəetmə Və Sosial İnnovasiyalar Kafedrası, Sosial İş
WoS Tədqiqat Sahələri: Social Sciences (Soc), Ethics, Social Issues, Social Work
AVESİS Tədqiqat Sahələri: Social Sciences and Humanities, Social Work
Ölçülər

Nəşr

8

Nəşr (WoS)

1

Nəşr (Scopus)

1

Açıq giriş

4
Tərcümeyi hal

Qurbanova Fəridə Əhməd qızı 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1962-ci ildə Bakı şəhərində 190 saylı orta məkəbin 1-ci sinfinə daxil olmuş,1972-ci ildə orada orta təhsilini tamamlamışdır.

1972-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş,1977-ci ildə orada “Əməyin iqtisadiyyatı” ixtisasını bitirmişdir. O, 1971-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində(UNEC) çalışır. Çalışdığı müddətdə özünü müsbət cəhətdən xarakterizə etmişdir. Qurbanova Fəridə Əhməd qızı 1997-ci ildə dissertanturaya qəbul edilmişdir. Müntəzəm olaraq təhsil müddətində dissertasiya mövzusu üzrə zəruri sayda elmi məqalələri və tezisi dərc olunmuşdur. Qurbanova Fəridə Əhməd qızı 2000-ci il may ayının 31-də 08.00.05-“Xalq təsərrüfatının və onun sahələrinin  iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili ixtisası üzrə “Bazar  iqtisadiyyatı şəraitində mənzil-kommunal təsərrüfatının inkişafının sosial-iqtisadi problemləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 08 may 2001-ci il tarixli (protokol № 20) qərarı ilə iqtisad elmləri namizədi  alimlik dərəcəsi almışdır.

F.Ə.Qurbanova 1971-ci ildən-1993-cü ilə qədər institutda müxtəlif vəzifələrdə çalışmış, 1993-cü ildən 2000-ci ilə qədər  Sosioloji elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir.

 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi”(indiki İctimai idarəetmə və sosial innovasiyalar) kafedrasında əvvəlcə böyük laborant,2001-ci ildə həmin kafedranın müəllimi,2006-cı ildə baş müəllim, 2014-cü ildən kafedranın dosenti vəzifəsində,2022-ci ildən “Sosial iş”ixtisası üzrə ixtisas rəhbəri,dosent vəzifəsində işləyir. Monoqrafiyalar,proqramlar,dərs vəsaitli məqalələr,tezislər və s.60-a yaxın elmi əsərin və  “Scopus-indexet”yurnallarda 2, İmpakt faktorlu rəqəmsal iqtisadiyyat yurnalında 1 elmi məqalənin müəllifidir.

1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

     2013-cü ildə xüsusi ictimai-siyasi fəaliyyətinə görə Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının fəxri fərmanı ilə təltif edilmişdir.

     UNEC tərəfindən “Sosial iş” ixtisasında fənlər üzrə təşkil olunan xarici ölkə alimləri tərəfindən keçirilən təlimlərdə iştirak etmiş və sertifikat qazanmışdır.         2023-cü ildə Azərbaycanın Milli Lideri Heydər Əliyevin anadan olmsının 100 illiyi münaibəti ilə, dövlətə və dölətçiliyə saiq ziyalı “Heydər Zirvəsi 100” diplomu ilə təltif olunmuşdur.Coxlu sayda sertifikatları var.

Ailəlidir.2 evladı var.

 


Əlaqə