Səfərova Fidan Məhiş qızı
Səfərova Fidan Məhiş qızı 1986-cı ildə Bakı şəhərində anadan olub.
1993-2004-cı illərdə 20 nömreli məktəb-liseyinin riyaziyyat-ingilis dili təmayülün əla qiymətlərlə bitirib.
2004-cı ildə
Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsinin
“Maliyyə və kredit” ixtisasının bakalavr pilləsini fərqlənmə diplomu, 2010-cü
ildə isə Azərbaycan Dövlət İqtisad
Universitetinin magistr pilləsinin
“İqtisadiyyat” ixtisası “Maliyyə və kredit” ixtisaslaşmasını fərqlənmə
diplom ilə bitirib. 2014-201 8cı illərdə Azərbaycan Milli Elmler Akademiyasının
“İqtisadiyyat İnstitutunun” nəzdində “Müəssisələrin təşkili və idarə olunması”
ixtisası üzrə doktorantura pilləsində təhsil almışdır.
2022- ci ildə Azərbaycan Dövlət Neft və Sənaye
Universitetində (ADNSU) “Qida sənayesi
müəssisələrində rəqabətqabiliyyətliliyin təmin olunmasının qiymət mexanizmi və
onun təkmilləşdirilməsi istiqamətləri” mövzusu üzrə müdafiyə edərək , iqtisad
uzrə fəlsəfə doktoru elmi dərəcəsi adına layiq görülmüşdür.
Fidan
M.Səfərova əmək fəaliyyətinə 2010-2015-ci ildə Azərbaycan Dövlət İqtisad
Universitetinin “Qiymət və qiymətləndirmə”
kafedrasında saathesabı müəllim, 2016-cı ildən isə “Qiymət və qiymətləndirmə” kafedrasında
müəllim kimi fəaliyyət göstəmişdir. 2019-cu ildə “Sosial inkişaf iqtidiyyatı və
qiymətləndirmə” kafedrasında baş müəllim, 2022- ci ildən hal-hazırdək “İctimai
idarəetmə və sosial innovasiyalar” kafedrasında baş müəllim vəzifəsində çalışır.
F.M.Səfərova ixtisas sahəsi üzrə 20-dən çox elmi məqalənin onlardan 2-i beynəlxalq
xülasələndirmə və indeksləşmə sistemlərinə daxil olan dövri elmi nəşrlərdə
olmaqla, 2-fənn proqramının müəllifidir.
Sosial iş
ixtisası ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin(UNEC) Türkiyyənin
qabaqcıl universitetləri ilə birgə təşkil olunmuş :
“Sosial işin nəzəriyyəsi
və təcrübəsi”,“Sosial və iqtisadi mühitin sosial işə təsiri”
“Sosial iş
ixtisasına giriş”,“Sosial Hizmət Organizasyon Mekanizmaları Eğitimi”
“Ailə və Sosial
Çalışma Eğitimi”, “Sosial işin qiymətləndirilməsi”təlimlərində uğurla iştirak edərək sertifikatlar əldə etmiş həmçinin “ToT Soft
Skil” və “Digital Skills”təlimlərində iştirak edib.
Ailəlidir, 2
övladı var.
- Elektron poçt
- fidan_safarova@unec.edu.az
- Digər E-poçt
- ehmedovafidan@mail.ru
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/fidan_safarova