Qəzənfər
Seyfəddin oğlu Allazov 15.02.1949-cu ildə Gürcüstan Respublikasının Bolnisi
rayonunun Kolayır kəndində anadan olmuşdur.
1966-
cı ildə orta məktəbi bitirmiş və həmin ildə Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) “Sənaye
iqtisadiyyatı “fakültəsinə daxil olmuşdur.1970-ci ildə İnstitutu bitirib və həmin
ildə təyinatla Azərbaycan Respublikasının Elmlər Akademiyasının İqtisadiyyat
İnstitutuna göndərilmüşdür. 03.10 1985-ci ilə kimi burada müxtəlif (baş
laborant, kiçik və baş elmi işçi) vəzifələrdə çalışmışdır.
1975-1978-ci
illərdə Azərbaycan Respublikasının EA-nın İqtisadiyyat İnstitutunun əyani
aspirantı olmuşdur.
1981-ci
ildə 08.00.01 (Siyasi- iqtisad ixtisası üzrə ) namizədlik dissertasiyasını
müdafiə edərək, iqtisad elmləri namizədlik ali dərəcəsi almışdır.
1994-
cü ildə Azərbaycan Respublikası Ali Atesstasiyası tərəfindən dosent elmi adı
verilmişdir. 1985-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi-
tarix” kafedrasında pedoqoji fəaliyyətə başlamış sonradan isə “Siyasi- iqtisad” “İqtisadi – nəzəriyyə”
2022- ci ildən isə “Iqtisadiyyat” kafedrasında 0,5 ştat dosent vəzifəzində
çalışmışdır.
“Klassik burjua siyasi iqtisadının yaranması
və inkişafı”( 1992- ci il) “Müasir iqtisadi nəzəriyyələr”( 1999- cu il)
dərs vəsaitlərinin müəllifi və “İqtisadi- nəzəriyyə”( 2001- ci ) və - “İqtisadi
təlimlər tarixi” (2005- ci il) dərsliklərinin həm müəlliflərindən biridr.
“İqtisad elminin nəzəri- metodoloji əsaslarının tarixi inkişafı”(2009 – cu il)
adlı monoqrafiyanın 50- yə yaxın elmi məqalə və teyzisin və 2012- ci ildə nəşr
edilən “Böyük iqtisadi ensklopediyanın” həmmüəlliflərindəndir. Dörd namizədlik
dissertasiyasına rəsmi opponentlik etmişdir.
1982-
ci ildə içtimai elmlər üzrə keçirilən gənc alimlərin elmi işlərinin Respublika
( Ümumiittifaq çərçivəsində) müsabiqəsinin qalibi olub və diplomla təltif
edilmişdir.
2011- 2020- ci illərdə Təhsil Nazirliyinin “Fəxri
fərmanı” ilə təltif edilmişdir.
- Elektron poçt
- gazanfar_allazov@unec.edu.az
- Digər E-poçt
- allazov49@mail.ru
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/gazanfar_allazov
- İş telefonu
- +994 5643706