Müəssisə məlumatları: Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti, Humanitar Fənlər Kafedrası, Filologiya
WoS Tədqiqat Sahələri: Social Sciences (Soc), Language & Linguistics
AVESİS Tədqiqat Sahələri: Social Sciences and Humanities, Philology, Linguistics
Ölçülər

Nəşr

132

Nəşr (WoS)

1

Nəşr (Scopus)

2

İstinad (WoS)

19

İstinad (Scholar)

65

H-indexi (Scholar)

2

Açıq giriş

14
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
Tərcümeyi hal

Rzayeva Gülnarə Namik qızı 1960-cı il aprelin 9-da Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 27 saylı məktəbdə aldıqdan sonra, 1977-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub və  1982-ci ildə həmin universiteti  bitirib.

G.Rzayeva əmək fəaliyyətinə 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Rus dili” kafedrasında başlamışdır. 

G.Rzayeva  2008-ci ildə  10.02.20.- müqayisəli -tarixi və müqayisəli-tipoloji dilçilik ixtisası üzrə "Mürəkkəb sintaktikbütövün folmalaşmasında qrammatik və semantic amillərin əlaqəsi (rus və Azərbaycan dillərinin materialları əsasında)" mövzusunda dissertasiya müdafiə etmiş, 16 fevral 2010-cu ildə (protokol №9) Ali Attestasiya Komissiyasının qərarı ilə Filologiya  üzrə fəlsəfə doktoru elmi dərəcəsini almış, 13 dekabr 2013-cü il tarixli 31-k saylı qərarı əsasında isə ona dosent elmi adı verilmişdir.

O, Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının (RETTƏŞ) Dilçilik üzrə Problem Şurasının qərarı ilə 10.02.03 – slavyan dilləri (rus dili) ixtisası üzrə filologiya elmləri doktoru alimlik dərəcəsini almaq üçün “Текст и проблемы языковой коммуникации в русском языке” dissertasiya mövzusu qeydiyyata alınmış və BSU-nun Elmi Şurasında təsdiq edilmişdir. Hal-hazırda doktorluq dissertasiya üzərində çalışır.

G.Rzayeva 2008-2020-ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetində “Rus dili” kafedrasının  müdiri vəzifəsində çalışmışdır. Kafedraya rəhbərlik etdiyi müddətdə “Rus dili” kafedrası Azərbaycan Dövlət İqtisad Universitetinin qeyri-ixtisas kafedraları arasında Ən yaxşı qeyri-ixtisas kafedrası kimi müəyyən edilmişdir.

2020-ci ildən UNEC-in Ümumi fənlərin tədrisinin təşkili departamentinin direktoru vəzifəsinə fəaliyyət göstərir.

Gülnarə Rzayeva 120 elmi əsərin, o cümlədən 4 dərsliyin, 19 dərs vəsaitinin,  7  fənn proqramının həmmüəllifi, 5 dərs vəsaiti və metodik vəsaitin və 2 dərsliyin müəllifidir.

Elmi fəaliyyəti çərçivəsində G.Rzayevanın məqalələri Rusiya, Türkiyə, ABŞ, Polşa və Tayland və digər ölkələrin nüfuzlu jurnallarında, həmçinin beynəlxalq bazalarda indeksləşdirilən jurnallarda nəşr olunub.   

AD Scientific Index 2025 məlumatlarına əsasən, dos. Rzayeva Gülnarə Namik qızı Social Sciences sahəsində Azərbaycan Dövlət İqtisad Universiteti üzrə 10-cu və Azərbaycan üzrə 152-ci yerə, Linguistics and Literature sahəsində isə dünya üzrə 403-cü, Asiya üzrə 602-ci və Azərbaycan üzrə 6-cı yerə layiq görülmüşdür (Mənbə: AD Scientific Index — World Scientist and University Rankings 2025).

Elmi fəaliyyətlə yanaşı G.Rzayeva  1989-ci ildən həm də pedaqoji fəaliyyətlə məşğuldur. O, hal-hazırda UNEC-in “Humanitar fənlər” kafedrasının dosentidir.

 

Mükafatlar

Dosent Gülnarə Namik qızı Rzayeva işlədiyi müddətdə elm-pedaqoji sahədə göstərdiyi xidmətlərə görə Təşəkkürnamə, Fəxri Fərman və Diplomlarla  təltif olunmuşdur:

- Bakı Slavyan Universiteti  və Gəncə Dövlət Universitetinin Ümummilli Lider Heydər Əliyevin  anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda II Beynəlxalq elmi konfransında fəal iştirakına görə təşəkkürnamə;

- “UNEC Günü” ilə əlaqədar universitet həyatında fəal iştirakına görə təşəkkürnamə;

- “Tələbələrin istehsalat təcrübəsinin yüksək səviyyədə təşkilinə” görə təşəkkürnamə və s. 

- Beynəlxalq elmi konfranslarda fəal iştirakına görə AR Təhsil Nazirliyinin Fəxri Fərmanı;

- “Tələbələrin Respublika fənn olimpiadasının rus dili bölməsinin işində davamlı və məhsuldar fəaliyyərinə” görə AR Təhsil Nazirliyinin Fəxri Fərmanı;

-“Ümummilli Lider Heydər Əliyevin  anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən  tədbirlərin təşkilində fəal iştirakına” görə UNEC Fəxri fərmanı;

- Azərbaycan kütləvi iformasiya vasitələri həmkarlar ittifaqı rəyasət heyətinin qərarı ilə “Azərbaycan bayrağı” media mükafatı laureatı Fəxri Diplom; 

- “Dövlətçiliyimizin, müstəqilliyimizin, elmimizin və təhsilimizin inkişafında müstəsna xidmətlərinə” görə “Media Araşdırma” və “Azərbaycan və Avropanın”-nın layihəsi əsasında Azərbaycan Ziyalısı Fəxri Diplomuna layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə dosent Gülnarə Rzayeva  “ƏMƏKDAR MÜƏLLİM”  fəxri adına layiq görülmüşdür.

 

Ailəlidir, iki övladı və beş nəvəsi var.