Mən, Gülnarə Teymur qızı Şıxlinskaya 1960-cı il fevralın 26-da Bakı şəhərində anadan olmuşam. 1967-1977-ci illərdə Bakı şəhəri Yasamal rayonu 13 saylı orta məktəbdə təhsil almışam. 1977-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinə daxil olmuşam. 1982-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirib təyinat əsasında Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitutunda (hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu) işə başlamışam. Burada mühəndis, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmışam. 1988-ci ildə Azərbaycan Dövlət Universitetinin İxtisaslaşdırılmış Müdafiə Şurasında namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışam. 1995-ci il sentyabrın 1-dən Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Ali riyaziyyat” kafedrasında baş müəllim vəzifəsində işləməyə başlamışam. 2000-ci il sentyabrın 1-dən hazırkı vaxta kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Riyaziyyat” kafedrasının, daha sonra “Riyaziyyat və statistika” kafedrasının dosenti vəzifəsində çalışıram. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 23 dekabr 2003-cü il tarixli qərarı ilə mənə dosent elmi adı verilmişdir. İşlədiyim müddətdə 35 elmi və tədris-metodik əsərlərim çap edilmişdir. O cümlədən, beynəlxalq və respublika konfranslarında məruzələr etmiş, 2 metodik vəsait, 2 tədris proqramı, 1 dərs vəsaiti tərcüməsi (həmmüəllif olaraq) nəşr etdirmişəm. Müxtəlif illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Dövlət İqtisad Universitetinin – UNEC-in Fəxri Fərmanlarına layiq görülmüşəm. Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə mənə “Əməkdar Müəllim” fəxri adı verilmişdir. Ailəliyəm, 2 övladım var
- Elektron poçt
- gulnara_shikhlinskaya@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/gulnara_shikhlinskaya
- İş telefonu
- +994 125641255