Corporate Academic Degrees: f.f.d.
Institutional Information: Ümumi Fənlərin Tədrisinin Təşkili Departamenti, Azərbaycan Dili Kafedrası
Metrics

Publication

14

Open Access

14
Biography

1989 – S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini (əyani şöbə) bitirmişdir.

1989 – Azərbaycan Milli Bankına rus-Azərbaycan dilləri üzrə tərcüməçi vəzifəsinə işə qəbul olunmuşdur.

1997 – Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan dili” kafedrasına laborant vəzifəsinə işə qəbul edilmişdir. 2006-cı ildən baş laborant vəzifəsinə keçirilmişdir. 2009-2010, 2010-2011, 2011-2012-ci tədris illərində Əcnəbi tələbələr üçün hazırlıq şöbəsində ümumilikdə 360 saat həcmində saathesabı qaydada dərslər aparmışdır. 2015-ci ildən “Azərbaycan dili” kafedrasında müəllim, 2024-cü ildən bu günədək isə baş müəllim vəzifəsində çalışır.

2022 – AMEA Nəsimi adına Dilçilik İnstitutunda 5706.01 – Azərbaycan dili ixtisasında Filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan dilində definitiv terminlərin yaranma prosesi” adlı dissertasiya işini müdafiə etmiş və sənədlərini Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim etmişdir.

2023 ─ Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 01.09.2023-cü il tarixli qərarı ilə ona 5706.01 ─ Azərbaycan dili ixtisasında Filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.