Təhsili:
1974-1984-cü illər
- Kürdəmir rayonu Karrar kənd orta məktəbi.
1994-cü il - Azərbaycan Dövlət İqtisad İnstitutu. Ixtisas: Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili. 2007-ci il - T. Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutu. Ixtisas: Beynəlxalq hüquq. Elmi dərəcəsi və elmi adı:
2005 - ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin
08.00.12 “Mühasibat uçotu, Statistika” ixtisası üzrə “Bazar iqtisadiyyatı şəraitində
hesablaşmaların uçotu və təhlilinin təkmilləşdirilməsi” mövzusunda dissertasiya
müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 2012 - ci ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali
Attestasiya Komissiyasının qərarı ilə dosent elmi adı verilmişdir.
2022 - ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin – 5308.01-
“Ümumi iqtisadiyyat” ixtisası üzrə
“Milli iqtisadiyyatın davamlı inkişafının makroiqtisadi problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək iqtisad
elmləri doktoru elmi dərəcəsi almışdır.
İş Təcrübəsi: 1984-2004-cü illərdə “Azərenerjitikintiquraşdırma”
sistemində fəhlə, mühasib, birinci dərəcəli mühasib, baş mühasibin müavini, baş
mühasib, sədrin maliyyə-iqtisad məsələləri üzrə müavini və sədrin birinci
müavini vəzifələrində işləmişəm. 2005-2010-cu
illərdə “Azəruniversal” İstehsal Kommersiya Müəssisəsinin direktoru vəzifəsində
çalışmışdır.
2005-2016-ci illərdə Azərbaycan Dövlət İqtisad
Universitetinin “İqtisadi təhlil və audit” kafedrasında müəllim, baş müəllim,
dosent və kafedra müdiri vəzifələrində işləmişdir. 2016-2022-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit”
kafedrasında dosenti işləmişdir. Hal-hazırda
“Maliyyə və audit” kafedrasının professoru vəzifəsində çalışır.
Təltiflər:
2020- ci ildə Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Fəxri fərmanı.
2025- ci ildə Azərbaycan Respublikası Təhsil
Nazirliyinin Fəxri fərmanı.
- Elektron poçt
- hanifa.jafarli@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/hanifa.jafarli