General Information

Institutional Information: Beynəlxalq Iqtisadiyyat Məktəbi, Beynəlxalq Iqtisadiyyat Və Biznes Kafedrası, Marketinq
Metrics

Thesis Advisory

1

Open Access

1
Biography

Mən i.f.d. Hüseyn Mustafa oğlu Həsənov 26 aprel 1989-cu ildə anadan olmuşam. 2007-2010-cu illərdə Azərbaycan Turizm və Menecment Universiteti ilə Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universiteti arasında ikili diplom proqramı çərçivəsində “Turizm və Menecment” ixtisası üzrə ingilis dilində bakalavr (fərqlənmə ilə) təhsili almış və beynəlxalq diplom əldə etmişəm. 2012-2015-ci illərdə eyni proqramla Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin “Turizm və Menecment” ixtisası üzrə beynəlxalq magistr təhsili almışam.

12 ildən artıq müddət ərzində xaricdə və yerli turizm müəssisələri və dövlət əhəmiyyətli tədbirlərin təşkili sahəsində rəhbər vəzifələrdə çalışmışam. 2017-2019-cu illərdə müxtəlif dövrlərdə Azərbaycan Turizm və Menecment Universitetində dekan müavini, Tədris İşləri üzrə Prorektor vəzifəsində çalışmışam. 2018-2021-ci illərdə Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, Turizm siyasəti və strategiyası şöbəsinin, Təhsil və təlim sektorunun müdiri vəzifəsində fəaliyyət göstərmişəm. Bu vəzifədə çalışarkən 3 təhsil müəssisəsinin (ATMU, Mingəçevir Turizm Kolleci, Bakı Turizm Peşə Məktəbi) fəaliyyətinin strateji koordinasiyası işini həyata keçirmişəm. Bir sıra beynəlxalq təşkilatlar, özəl və dövlət qurumları arasında təhsil layihələrinin icrası işinə rəhbərlik etmişəm.

2022-ci ilin Fevral ayından UNEC-də rektora tabe struktur vahid kimi fəaliyyət göstərən Keyfiyyət Təminatı şöbəsinin müdiri vəzifəsində inzibati fəaliyyətə başlamışam. Həmçinin UNEC rektorunun müvafiq əmri ilə 18 Oktyabr 2024-cü il tarixindən Beynəlxalq Əməkdaşlıq və Proqramlar üzrə Prorektor vəzifələrinin müvəqqəti icra etməkdəyəm. Fəaliyyətim dövründə UNEC-in 3 magistr ixtisasının Almaniyanın FİBAA beynəlxalq akkreditasiya qurumu tərəfindən 5 illik şərtsiz akkreditasiyasının alınması işinin təşkilinə rəhbərlik etmişəm. Həmçinin QS STAR nominasiyası üzrə UNEC-in növbəti 5 il üçün keçərli olacaq “5 Ulduz” akkreditasiya sertifikatı qazanması və beynəlxalq səviyyədə rəqabətliliyin artırılması üçün gərəkli tövhələri vermişəm.

Pedaqoji sahədə, 2016-cı ildən ATMU-da və UNEC-də turizm, marketinq və menecment istiqamətli ingilis dilində bir sıra fənlərin tədrisi və tələbələrə elmi rəhbərlik fəaliyyəti ilə məşğulam.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14.12.2021-ci il tarixli qərarı ilə mən, Həsənov Hüseyn Mustafa oğluna iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

Hazırda, Ali təhsil müəssisələrində keyfiyyət təminatı və beynəlxalq əməkdaşlıq istiqamətində strateji fəaliyyət planlarının yazılması, icrası, beynəlxalq və yerli institusional və ixtisas (proqram) akkreditasiyaları, ikili diplom proqramları, rankinqlər üzrə ixtisaslaşmışam.