Müəssisə məlumatları: Multikulturalizm Mərkəzi
WoS Tədqiqat Sahələri: History & Philosophy Of Science, Hospitality Leisure Sport & Tourism, Social Sciences (Soc), Ethics, Ethnic Studies, Folklore
AVESİS Tədqiqat Sahələri: Social Sciences and Humanities, History, Geography, Archaelogy and History of Art, Folklore, Political Science
Ölçülər

Nəşr

17
Tərcümeyi hal

Mən Hümeyrə Mustafayeva Teymur qızı 3 mart 1971-ci ildə Cəlilabad rarayonunda anadan olmuşam.Bakı şəhəri 9 saylı orta məktəbi qızıl medalla bitirmişəm.
1988-ci ildə Baki Dövlət Universitetinin tarix fakültəsinə əyani şöbəsinə qəbul olmuşam.1993-cü ildə Bakı Dövlət Universiteti tarix fakültəsinin tarixçi,tarix müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişəm.
1994-cü ilin aprel ayında Azərbaycan Dövlət İqtisad İnstitutunun “ Politologiya və hüquq “ kafedrasına laborant vəzifəsi üzrə işə qəbul olmuşam.1995-ci ildə böyük laborant vəzifəsində çalışmışam.1996-1997-ci tədris ilində həmin kafedrada öz vəzifəmi yerinə yetirməklə,saathesabı kafedranın təyin etdiyi dərs yükünü aparmışam.1997-ci il dekabr ayında həmin kafedrada yarım ştat müəllim vəzifəsinə təyin olunmuşam.2000-ci ilin sentyabr ayından 2016-cı il iyul ayınadək Azərbaycan Dövlət İqtisad Universiteti “Politologiya və sosiologiya” kafedrasında müəllim,baş müəllim, dosent vəzifəsində çalışmışam. 2010-cu il sosial fəlsəfə ixtisası üzrə fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışam.2021-cu ildə dosent vəzifəsinə təyin olunub. 2023-cü ilin noyabr ayında Bakı Mühəndislik Universitetində Ümumi fənlər kafedrasının müdiri təyin olunmuşam. Eyni zamanda yarımştat dosent vəzifəsində çalışıram.
2010-2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit ixtisası üzrə distant şöbəsini bitirmişəm.
2020-ci ildən Bakı Dövlət Universiteti ”Politologiya və sosiologiya” kafedrasının elmlər doktoru proqramı ilə siyasi nəzəriyyə ixtisası üzrə qiyabi doktorantıyam. 1 monoqrafiya,1 dərs vəsaiti, 5 metodik vəsait,4 proqram,70-ə yzxın elmi məqalələrin müəllifiyəm.
Ailəliyəm,2 övladım var.