Müəssisə məlumatları: Beynəlxalq Magistratura Və Doktorantura Mərkəzi, İqtisadi Və Texnoloji Elmlər Kafedrası, Komputer Elmləri, İnformasiya Texnologiyaları Və Sistemləri Mühəndisliyi
WoS Tədqiqat Sahələri: Physics, Engineering Computing & Technology (Eng), Natural Sciences (Sci), Physics Nuclear
AVESİS Tədqiqat Sahələri: Physics, Nuclear physics, Properties of Nuclei, Nuclear Structure, Natural Sciences
Ölçülər

Nəşr

16

Nəşr (WoS)

15

Nəşr (Scopus)

14

İstinad (WoS)

1

İstinad (Scopus)

85

H-indexi (Scopus)

6

Layihə

3

Dissertasiya məsləhətləşməsi

2

Açıq giriş

3
Tərcümeyi hal

Hüseynqulu Quliyev 5 oktyabr 1992-ci ildə Bakı, Maştağa qəsəbəsində anadan olmuşdur. 2009-cu ildə C.Cabbarlı adına 187 nömrəli orta məktəbi bitirmişdir.

Eyni il Türkiyənin Sakarya Universitetinə qəbul olmuş və 2013-cü ilin yanvar ayında fizika ixtisası üzrə bakalavr təhsilini başa vurmuşdur. 2013-cü ilin fevral ayında Sakarya Universitetində fizika/nüvə fizikası ixtisasında magistratura təhsilinə başlamış, 2014-cü ilin avqust ayında magistraturanı uğurla tamamlamışdır.

2014-cü ildən Sakarya Universitetində doktorantura təhsilinə başlamış və 2018-ci ildə fizika üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini almışdır. Daha sonra, 2021-ci ilin fevral ayında Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komitəsi tərəfindən atom və nüvə fizikası ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi təsdiqlənmişdir.

Doktorantura təhsili ərzində iki TÜBİTAK layihəsində tədqiqatçı olaraq iştirak etmişdir:

  • TÜBİTAK 1002Investigation of Giant Dipole Resonance Properties of Even-Even Deformed Nuclei (117F245, Noyabr 2017 – Noyabr 2018)

  • TÜBİTAK 1002Theoretical Investigation of Systematic Properties of Scissors Mode Excitations in Odd Mass Deformed Nuclei (115F564, İyun 2016 – İyun 2017)

2019-cu ildən postdoktoral tədqiqatçı kimi Sakarya Universitetində fəaliyyət göstərmişdir:

  • TÜBİTAK 1001Theoretical Investigation of Electric Dipole Vibrations in Odd-Mass Deformed Nuclei (118F094, Yanvar 2019 – Noyabr 2020)

2022-ci ildə Milli Aviasiya Akademiyasının Elmi-Tədqiqat İnstitutunda Süni İntellekt şöbəsində böyük elmi işçi və həmçinin saat hesabı müəllim kimi fəaliyyət göstərmişdir. 2023-cü ildən isə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində İqtisadi və Texnoloji Elmlər kafedrasında yarımştat müəllim və 2024-cü ildən tamştat müəllim və proqram rəhbəri kimi çalışır.

Akademik karyerası boyunca Türkiyə, Azərbaycan və Almaniyada təşkil olunmuş 20-dən çox konfransda 35 elmi çıxışı olmuşdur. 25 elmi məqaləsi var və bunlardan 17-si Scopus bazasında indekslənir, ümumilikdə 173 istinad almış və h-indeksi 8-dir.