Mən,  İlham Qəşəm oğlu Hüseynli 1965-ci ildə  anadan olmuş, 1973-cü ildə orta məktəbin
birinci sinfinə getmiş, 1983-cü ildə Bakı şəhəri 1 nömrəli Fizika-riyaziyyat təmayüllü
Respublika internat məktəbini əla qiymətlərlə bitirmişəm. 
    Həmin ildə Azərbaycan
İnşaat Mühəndisləri İnstituna qəbul edilmiş, 1990-cı ildə bu institutun  “Tikintinin iqtisadiyyatı və təşkili”
ixtisasını   fərqlənmə diplomu ilə
bitirmiş,həmin ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin göndərişi əsasında,
gənc mütəxəssis olaraq, institutun 
Eksperimental Elmi-İstehsalat laboratoriyasının plan istehsalat şöbəsində
mühəndis vəzifəsində əmək fəaliyyətinə başlamışam. 
    1992-93-cü illərdə Binəqədi
İcra Hakimiyyətində Baş İqtisadçı, 1997-ci ildən 2003-cü ilədək Azərbaycan
Memarlıq İnşaat Universtetində 0.5 ştat.müəllim vəzifələrində çalışmışam.
  2003-ci ildən Azərbaycan Dövlət
İqtisad Universitetinin (UNEC) 
“Statistika” kafedrasında  saat
hesabı müəllim, 2011-ci ildən isə bu universtetdə müəllim, 2012-ci ildən baş müəllim,
2014-cü ildən  dosent, hazırda isə
“Riyaziyyat və statistika” kafedrasında dosent vəzifəsində çalışıram.
  2005-ci ildə “Azərbaycanda
orta və kiçik sahibkarlığa investisiya qoyuluşunun statistik tədqiqi”
mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş və Azərbaycan
Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə
2007-ci ildə “İqtisad elmləri namizədi” elmi dərəcəsi almışam. 
    Bu müddətdə tədrislə paralel olaraq elmi tədqiqat
və araşdırma fəaliyyəti ilə də ardıcıl olaraq məşğul olmuşam. Bellə ki,  2-si SCOPUS 
və Web of science bazasına daxil olan jurnallarda çap edilmiş, 2-si isə
SCOPUS bazasına daxil edilən  elmi tədbirlərdə
məruzə edilmiş və məruzələr kitabında nəşr edilmiş tam mətn elmi məruzə olan
30-a yaxın elmi əsərin, o cümlədən, 1(bir) monoqrafiya, 1(bir) dərslik, 1(bir)
dərs vəsaitinın müəllifi, 2(iki) fənn proqramının isə həmmüəllifiyəm.
- Elektron poçt
- i.huseynli@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/i.huseynli
 
                             
                            