Quliyev İbrahim Qədim oğlu 1968 – ci ildə Tovuz rayonu Çataq rayonunun Şıxheybət kəndində (Çataq kənd sovetliyi) anadan olmuşdur. 1975 - ci ildə Şıxheybət kənd 8 - illik məktəbinin I sinfinə daxil olmuş,VII –IX siniflərdə Çataq və Hacılar kənd orta məktəblərində təhsilini davam etdirmiş, nəhayət 1985 – ci ildə Bakı şəhəri, Nəsimi rayonu, M.Hüseynzadə adına 19 saylı orta məktəbin məzunu olmuşdur. Həmin ildə “Xalq təsərrüfatının planlaşdırılması” ixtisası üzrə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur. 1985 – ci ilin dekabrında hərbi xidmətə çağırılmış və 1987 – ci ilin dekabrında ordu sıralarından tərxis olunmuşdur. Bundan sonra ali təhsilini davam etdirən İ.Q. Quliyev 1992 – ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu yüksək qiymətlərlə bitirmişdir.O, həmin ildə Azərbaycan Dövlət Planlaşdırma və İqtisadiyyat Komitəsinin ( indi İqtisadiyyat Nazirliyi ) Elmi – Tədqiqat İqtisadiyyat İnstitutunda “baş iqtisadçı” kimi əmək fəaliyyətinə başlamışdır.
İ.Q.Quliyev 1994 – cü ilin
fevralında əvvəllər tələbəsi
olduğu Azərbaycan Dövlət
İqtisad İnstitutuna qayıtmış və “
Qiymət ” kafedrasında elmi – pedaqoji fəaliyyətə
başlamışdır.
İşlədiyi müddət
ərzində İ.Q.Quliyev 70 – dən artıq
dərslik, dərs vəsaiti, fənn proqramları,
elmi məqalə və
tezislərə müəlliflik və həmmüəlliflik etmişdir. Onun yaxından iştirakı və həmmüəllifliyi ilə “Dünya bazar qiymətləri”adlı dərs vəsaiti (azərbaycan
və rus dillərində, 1997, 1999), “Qiymətin əmələ gəlməsi”adlı dərsliklər (2000,
2015,2019), “Tariflər sistemi”adlı dərslik (2018), “İqtisadi risklərin
qiymətləndirilməsi və idarə edilməsi” adlı dərs vəsaiti (2011), “Daşınmaz
əmlakın qiymətləndirilməsi” (2015) və “Biznesin(müəssisənin qiymətləndirilməsi”
(2015) adlı metodik vəsaitlər işıq üzü görmüş, Tomas NEQLin “Qiymətəmələgəlmənin srtategiyası
və taktikası” (2009), eləcə də D.A.Çudakovun
“Qiymətlər və qiymətin əmələ gəlməsi” (2011) adlı dərslikləri rus dilindən tərcümə
olunmuşdur.İ.Q.Quliyev
respublikamızda “İnvestisiya layihələrinin qiymətləndirilməsi”(2019) adlı
ilk dərs vəsaitinin müəllifidir.
İ.Q.Quliyev “Aqrar
istehsalın səmərəliliyinin yüksəldilməsində qiymət
tənzimlənməsinin rolu ” mövzusunda
dissertasiya işini müdafiə
edərək “iqtisad üzrə fəlsəfə
doktoru ” elmi dərəcəsini
almışdır. Hazırda Azərbaycan Dövlət
İqtisad Universitetinin “ İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının
dosentidir.
İ. Q. Quliyev ölkəmizdə
əmlakın qiymətləndirilməsi fəaliyyətinin
nəzəri problemlərinin araşdırılması
ilə məşğul olan
az sayda tədqiqatçılardandır. O,2009-cu ildə Beynəlxalq Maliyyə Korporasiyasının təşkilatçılığı ilə keçirilən sertifikatlaşdırma imtahanlarında uğur qazanaraq respublikamızda “Yaşayış təyinatlı daşınmaz əmlak obyektlərinin
qiymətləndirilməsi” üzrə beynəlxalq
sertifikata layiq görülən ilk mütəxəssislərdən biridir. İ.Q.Quliyev 2008 – 2013
- cü illərdə Azərbaycan
Qiymətləndiricilər Cəmiyyətinə (AQC)
rəhbərlik etmişdir. İ.Q.Quliyev hazırda
Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü, AQC – nin
İdarə Heyətinin üzvü və sədr müavinidir.
Ailəlidir, 2 övladı
var. Böyük övladı Güllü Quluzadə
2018-ci ildə Azərbaycan Dövlət İqtisad
Universitetini (UNEC) “Menecment” ixtisası
üzrə “əla” qiymətlərlə, 2020-ci
ildə Azərbaycan Kooperasiya Universitetini magistratura pilləsində “Sənayenin təşkili
və idarə dilməsi” ixtisası üzrə qırmızı diplomla bitirmişdir. Həmin vaxtdan Azərbaycan Kooperasiya Universitetində tam
ştay vahidi üzrə müəllim vəzifəsinə qəbul edilmişdir və hazırda baş müəllim
kimi fəaliyyətini davam etdirir. Ailənin kiçik övladı Nəzrin Quluzadə UNEC məzunu olmaqla, 2022-ci ildə bakalavr
pilləsində “Statistika “ ixtisasını qırmızı diplomla, 2024-cü ildə isə
magistraturanı “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə yüksək qiymətlərlə
başa vurmuşdur.Hazırda mühasib kimi çalışır.
- Elektron poçt
- ibrahim_guliyev@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/ibrahim_guliyev