Müəssisə məlumatları: Unec Dizayn Məktəbi, Dizayn Kafedrası, Dizayn
WoS Tədqiqat Sahələri: Arts & Humanities (Ahci)
AVESİS Tədqiqat Sahələri: Plastic Arts, Interior Architecture, Art and Design, Design Studies, Engineering and Technology
Ölçülər

Nəşr

9
Tərcümeyi hal

1996-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlıq” fakultəsinin “Memarlıq mühitinin dizaynı” ixtisasına daxil olub.

2000-ci ildə həmin fakültənin bakalavr, 2002-ci ildə isə eyni ixtisas üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Memarlığın əsasları” kafedrasında baş laborant vəzifəsində başlamış və eyni zamanda pedoqoji fəaliyyətlə məşğul olmuşdur.

2002-ci ildən 2020-ci ilədək müxtəlif tədris illərində “Memarlığın əsasları” kafedrasının tədris etdiyi ixtisas fənlərindən - “Dizaynın əsasları”, “Layihələndirmənin əsasları”, “Kompozisiyanın əsasları” və s.  fənlərindən saat hesabı dərs deyib.

2020-ci ilin sentyabr ayından pedaqoji fəaliyyətini Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn” kafedrasında, müəllim vəzifəsində davam etdirməkdədir.  

Təhsil Kvalifikasiyası:  Memarlıq mühitinin dizaynı

Tədris istiqamətləri:  Mühit dizaynı, sənaye dizaynı

Üzvlüklər: UNEC Dizayn Məktəbi üzrə “Fakültə Metodik Qrupu”un  katibi.

                  UNEC Journal of Current Problems in Design - jurnalının  idarəetmə  redaktoru.