Ümumi Məlumat

Müəssisə məlumatları: Xarici Dillər Departamenti, Xarici Dillərin Tədrisi Mərkəzi
Tərcümeyi hal

Mən, Həsənova İradə Çingiz qızı,  7 mart 1967-ci ildə Gəncə şəhərində anadan olmuşam. !973-cü ildə Gəncə şəhər 4 saylı orta məktəbə 1-ci sinifinə qəbul olunmuşam və 1983-cü ildə həmin məktəbi bitirmişəm. 1984-cü ildə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuşam, 1989-cu ildə həmin İnstitutu “Rus dili və ədəbiyyatı milli məktəblərdə” ixtisası üzrə tam kursu fərqlənmə diplomu ilə bitirərək, rus dili və ədəbiyyatı müəllimi adını almışam.

   İnstitutu bitirdikdən sonra 1989-cu ilin sentyabr ayından cavan mütəxəssis kimi Bakı şəhəri 267 saylı məktəbdə rus dili müəllimi vəzifəsində calışmışam.

2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Texniki və texnolojı ixtisaslar üzrə “Dillər” kafedrasına rus dili müəllimi vəzifəsində çalışmışam, 2004-cü ildə həmin kafedranın baş müəllimi vəzifəsinə keçirilmişəm. 2005-ci ilin fevral ayında “Dillər” kafedrasının ləğv edilməsi ilə əlaqədar ADİU-nun “Rus dili” kafedrasına baş müəllim vəzifəsinə keçirilmişəm. 2005-2015-cı illərdə həmin kafedranın tam ştat baş müəllimi vəzifəsində çalışmışam.

 2015-2016-cı tədris ilində kafedranın tədris yükünün azalması ilə əlaqədar olaraq  0,5 ştat baş müəllim vəzifəsinə keçirilmişəm. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Xarici Dillər Departamentinin Xarici dillərin tədrisi mərkəzində 0,5 ştat baş müəllim vəzifəsində çalışıram.

1989-cu ildə ailə qurmuşam, 2 evladım var. 

Əlaqə