Mən -Xeyirxəbərov İsmayıl Mahmud oğlu 1965-ci ildə Gürcüstan Respublikasının Saqareco rayonunun Yor-Muğanlı kəndində anadan olmuşam. !972-1982-ci illərdə anadan olduğum kənddə orta məktəbdə oxumuşam. Orta məktəbi bitirdikdən sonra bir il istehsalatda çalışmışam. !983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı institutuna daxil olmuşam. !984-1986-ci illərdə Əfqanıstan Respublikasında Hərbi xidmətdə olmuşam, müharibə veteranıyam. 1990-cı ildə N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı Filialını fərqlənmə diplomu ilə bitirmişəm. 1990-1993-cü illərdə AzETKTİ və Tİ-də aspiranturada (əyani şöbə) oxumuşam. !995-ci ildə namizədlik dissertasiyası müdafiə etmişəm, iqtisad elmləri namizədi, baş elmi işçiyəm. Hazırda UNEC-in "Biznes və logistika" kafedrasında dosent vəzifəsində çalışıram.
- Elektron poçt
- ismayil_kheyirkhabarov@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/ismayil_kheyirkhabarov