fil.e.n.,
dos. Allahverdiyev Cəlal Vaqif oğlu
Uluxanlı mahalının Nizami kəndində
anadan olmuşdur.
2008-ci ildə namizədlik
dissertasiyası müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi
almışdır.
2014-cü ildə AAK tərəfindən dosent
elmi adına layiq görülmüşdür.
2020-ci ildə Azərbaycan Respublikası
Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi”döş nişanı ilə təltif edilmişdir.
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü, 7 monoqrafiya, 5 kitabın, 1 dərsliyin, 2 dərs vəsaitinin,metodik
göstəriş, tədris proqramının, 100-dən artıq elmi-publisistik məqalənin
müəllifi, üç kitabın tərtibçisi, dərslik, dərs vəsaiti, tədris
proqramlarının, kitabların redaktoru və rəyçisidir.
2011-ci ildə Azərbaycan
Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.
2017-ci ildə UNEC-in Fəxri Fərmanı
ilə təltif edilmişdir.
İrəvanda Azərbaycan ədəbi-mədəni,
ictimai-siyasi mühiti ilə baglı dəyərli araşdırmaların, “İrəvan ədəbi
mühiti”(2010), “İrəvan pedaqoji məktəbi”(2015), “Təhsil tariximizdən: İrəvan
pedaqoji məktəbi”(2017),”İrəvanda milli maarifçilik mühiti”(2017), “İrəvanda
ictimai-siyasi və mədəni mühit”(2019),”İrəvan ensiklopedik foto
toplu”(2019),”Ömrün illəri”(2020),”İrəvan müəllimlər seminariyası”(2022)
kitablarının müəllifidir.
- Elektron poçt
- jalal_allahverdiyev@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/jalal_allahverdiyev