Tərcümeyi-hal
Kərimova Təranə İsa qızı Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 190 saylı orta məktəbi
bitirdikdən sonra Azərbaycan Dövlət Memar İnşaat Universitetinin “Tikintinin
iqtisadiyyatı və təşkili” fakültəsinə daxil olmuşdur. Ali məktəbi müvəffəqiyyətlə
bitirdikdən sonra Azərbaycan Dövlət Plan
Komitəsi nəzdində Elmi-tədqiqat İqtisad İnstitutuna elmi işçı vəzifəsinə təyin
edilmişdir. 1989-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat
İnstitutunun aspiranturasının əyanı şöbəsinə daxil olmuşdur. 1994-cü ildə “Azərbaycanın
tikinti kompleksinə xidmət edən sənaye sahələrinin tarazlı inkişaf problemləri”
mövzusunda dissertasiya müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsini
almışdır. 1995-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Qiymət”
kafedrasında müəllim, 2001-ci ildə baş müəllim, 2002-ci ildən hazırki dövrə qədər
“İctimai idarəetmə və sosial innovasiyalar’’ kafedrasının dosenti vəzifəsində
çalışır. 2000-2004-cü illərdə “İqtisadiyyatın tənzimlənməsi” fakültəsinin dekan
müavini vəzifəsində işləmişdir. 2004-cü ildə ADİU-da “Beynəlxalq əlaqələr və əcnəbi
tələbələrlə iş” üzrə şöbənin müdiri vəzifəsində işləmişdir. 2004-2009-cu illərdə
yenidən “İqtisadiyyatın tənzimlənməsi’’ fakültəsinin dekan müavini vəzifəsində
çalışmışıdr. 2014-cü ildən bu günə qədər UNEC-in “Qiyabi, Əlavə Təhsil Mərkəzi”-də
direktor müavini vəzifəsində işləyir. Qiymətin əmələ gəlməsinə aid 5 dərsliyin,
4 dərs vəsaitinin, 3 metodik vəsaitlərin, 20-dən artıq fənn proqramlarının, 90-dan
çox elmi məqalələrin, 3 monoqrafiyanın müəllifidir’’. İqtisadiyyatın
investisiya potensialından effektiv istifadə problemləri’’ adlı doktorluq
dissertasiyasını müdafiə etmişdir.
1999-cu ildən Yeni Azərbaycan
Partiyasının üzvüdür, YAP veteranıdır. 2004-cü ildən ADİU-nin Qadınlar
Şurasının sədridir. 2000- ci ildən 2014- cü ilədək YAP Səbail rayon təşkilatı
Qadınlar Şurasının sədr müavini, 2014-cü ildən 2021-ci ilədək YAP Səbail rayon
təşkilatının Qadınlar Şurasının sədri vəzifəsində çalışmışdır. 2005-ci ildən “Gender
və İqtisadiyyat” ictimai birliyinin sədridir.
“SOS Uşaq Kəndləri-Azərbaycan
Assosiasiyası ictimai birliyi”nin Ümumi Yığıncaq üzvüdür.
2000-ci ildən
respublikada qadın sahibkarlığının inkişafı ilə bağlı keçirilən bir çox elmi-nəzəri
konfransların və seminarların təşkilatçısı olmuşdur.
2007-ci ildə sədri olduğu
“Gender və İqtisadiyyat” İctimai Birliyində göstərdikləri xeyriyyəçilik və
sülhməramlılıq fəaliyyətinə görə Rusiya Federasiyasının Beynəlxalq Sülh
Fondunun qızıl medalı ilə təltif edilmişdir. Fəaliyyətinə görə Yeni Azərbaycan
Partiyasının, Elm və Təhsil Nazirliyinin
və digər dövlət qurumlarının bir çox fəxri fərmanlarına və təltiflərinə
layiq görülmüşdür.
2005-2010 cu illərdə iki
çağırış Parlament seçkilərində Füzuli rayonu 84 saylı dairədən YAP-dan namizədliyi
irəli sürülən millət vəkilinin vəkili olmuşdur. 2013-cü ildə Prezident seçkilərində
YAP-dan Qarabağda, Füzulidə səlahiyyətli nümayəndə, 2014-cü ildə Oğuz rayonunda
məsul şəxs olaraq, YAP gənclərinin ənənəvi “Yay məktəbi”-nin rəhbəri, 2017-ci
ildə respublikada keçirilən bələdiyyə seçkilərində YAP-dan cənub bölgəsində məsul
şəxs olaraq fəaliyyət göstərmişdir.
Ölkədə
2023-cü ilin dekabr ayında T.Kərimovanın təşəbbüsü və təklifi ilə Qadın Forumu
keçirilmişdir.Dövlətin təşkilatçılığı ilə keçirilmiş “Bərabər İnkişaf Naminə
“Qadın Forumuna sədrlik etmişdir.2024- cü ildə baş tutan seçkilər ərəfəsində
qadınların vətəndaş cəmiyyətində siyasi fəaliyyətlərinin yüksəldilməsi və
seçkili orqanların işində fəallıqlarının artırılması istiqamətində Ailə,Qadın
və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mərkəzi Seçki Komissiyası ilə birgə
əməkdaşlıq layihəsi çərçivəsində yaradılmış “Bərabər İnkişaf Naminə”
Koalisiyanın sədridir.O, Prezident,parlament və bələdiyyə seçkilərində işğaldan
azad olmuş Qarabağda və 60- dan çox regionda tədbirlərə sədrlik
etmiş,qadınların seçkilərdə təşəbbüskarlıqlarının yüksəldilməsi istiqamətində
siyasi fəaliyyət sərgiləmişdir.
Ailəlidir.
Üç övladı var.
- Elektron poçt
- karimova_tarana@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/karimova_tarana