Korporativ Akademik dərəcələr: k.e.n
Müəssisə məlumatları: Mühəndislik Fakültəsi, Mühəndislik Və Tətbiqi Elmlər Kafedrası, Elektirik Və Elektronika Mühəndisliyi
WoS Tədqiqat Sahələri: Natural Sciences (Sci), Chemistry
AVESİS Tədqiqat Sahələri: Chemistry, Natural Sciences

Nəşrlərdə adlar: HƏŞİMOV XALIQ
Ölçülər

Nəşr

30

Nəşr (WoS)

4

Nəşr (Scopus)

9

İstinad (Scopus)

11

H-indexi (Scopus)

2

İstinad (Scholar)

12

H-indexi (Scholar)

2
Tərcümeyi hal

k.e.n., dos. Həşimov Xalıq Məmməd oğlu 1949-cu il dekabr ayının 10-da Göyçay şəhərində
anadan olub.1956-1966-cı illərdə Göyçay şəhərində orta məktəbdə təhsil alıb.

1970-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1970-1972-ci illərdə Göyçay şəhər 2 №-li məktəbdə kimya müəllimi işləyib. 1973-1974-cü illərdə AEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda mühəndis vəzifəsində çalışıb.

1973-1974-cü illərdə N saylı hərbi hissədə qulluq edib.

1974-1991-ci illərdə AEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda əvvəlcə kiçik elmi işçi, sonra isə elmi işçi vəzifəsində çalışıb.

1986-cı ildə AEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda namiəzdlik dissertasiyasını müdafiə edib. Kimya elmləri namizədidir.

1991-1993-cü illərdə Azərbaycan Texnologiya İnstitutunun Bakı filialında laboratoriya müdirı işləyib.

1993-2000-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunda laboratoriya müdiri, asissent və dosent vəzifəsində çalışıb.

2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Fizika və kimya” kafedrasının dosenti olub.

Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.

Üç övladı, nəvələri var.