1957-ci ildə Ermənistan Respublikasının İcevan rayonunun Salah kəndində anadan olub.
1964-cü ildə Salah kənd orta məktəbinin 1-ci sinifinə daxil olub, 1972-1974 cü illərdə Polad kənd orta məktəbində oxuyub və həmin məktəbi bitirib. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin "Mexanika-riyaziyyat" fakültəsinə qəbul olunmuş, 1979-cu ildə həmin Universiteti bitirmişdir. 1979-cu ildə "Əkinçilik" institutuna göndərilmişdir. 1983-1986-cı ildə Moskva Dövlət Universitetinin aspiranturasına qəbul olunmuşdur.
1987-ci ildə "İlkin fotosintez proseslərində elektron daşınmasının dinamik modelləri parametrlərinin identifikasiyası" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi adını almışdır.
1987-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin "Riyaziyyat" kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışmışdır.
Əlavə olaraq 2003-cü ildən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər, daha sonra Bakı şəhər Səbail və Sabunçu rayon şöbələrində müdir müavini, 2006-2013-cü illərdə Fondun mərkəzi aparatında şöbə müdiri, 2013-cü ilin 29 dekabr tarixinə qədər Bakı şəhər Qaradağ rayon şöbəsinin müdiri, 2013-2020-ci ilə qədər Bakı şəhər Pirallahı rayon şöbəsində müdir vəzifəsində işləmişdir. 2020-2022-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiyə Fondunun 2 saylı Bakı ərazi şöbəsində şöbə müdirinin müavini vəzifəsində çalışmışdır. 2022-ci ildən həmin vəzifədən pensiyaya çıxmışdır.
Bu illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin "Riyaziyyat" kafedrasının 0.25 ştat baş müəllimi vəzifəsində də çalışmışdır. Hal-hazırda həmin Universitetin tam ştat baş müəllimidir.
Ailəlidir. İki övladı var.
- Elektron poçt
- khanjoban_damirov@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/khanjoban_damirov