Mən- Məhərrəmova Xatirə Cahangir qızı, 1965-ci il sentyabr ayının 15-də Bakı şəhərində
anadan olmuşam. 1982-ci
ildə Bakı şəhəri Oktyabr rayonundakı (indiki Yasamal rayonu) 20 nömrəli orta məktəbi
bitirmiş, elə həmin ildə də S M Kirov adina (indiki Ə Rəsulzadə adina) Bakı
Dövlət Universitetinə qəbul olmuşam .1987-ci ildə universiteti coğrafiyaçı müəllim
ixtisası üzrə bitirmişəm.
1987-ci
ildən Azərbaycan Dövlət Plan Komitəsi nəzdində Elmi-tədqiqat İnstitutunda”mədəniyyət
,səhiyyə, turizm” sektorunda böyük laborant, kiçik elmi işçi vəzəfəsində
çalışmışam.
15.10.
2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Ətraf mühitin mühafizəsi
və iqtisadiyyatı” kafedrasında laborant, 10.06.2005-ci ildə böyük laborant,
01.12. 2011-ci ildə 0,5 ştat müəllim,
01.02.2013- cü ildə baş müəllim,
15.09.2014-cü ildə tam ştat baş müəllim, 19. 03.2019-cu ildən dosent vəzifəsində
işləyirəm.
Müxtəlif illərdə İqtisad
Universitetində və həmçinin Bakı Dövlət Universitetinin uyğun fakülkəsində
saathesabı dərs aparmışam.
2008-ci
il yanvar ayının 24-də AMEA-nın
Coğrafiya İnstitutunda akademik B.Budaqovun rəhbərliyi ilə “Azərbaycanda baş
verən dağıdıcı hidrometeoroloji hadisələrin təsərrüfata təsiri” mövzusunda
dissertasiya işi müdafiə etmişəm. Azərbaycan Respublikası Prezidenti Yaninda
Ali Attestasiya Komissiyası tərəfindən 10 fevral 2009-cu il tarixli
(protokol 07-k) qərarı ilə mənə
coğrafiya elmləri namizədi (24.00.25) alimlik dərəcəsi verilmişdir.
50-dən artiq elmi məqalə və tezisin, metodik vəsait, tədris proqramları, eimi işimə həsr olunmuş monoqrafiyanın, o cümlədən “Ekoloji fəaliyyətin idarə olunması” (ekoloji menecment) və “Ətraf mühitin monitorinqi” dərs vəsaitlərinin həmmüəllifiyəm. Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2020-ci il 25 noyabr tarixli F-519 nömrəli əmri ilə “Azərbaycan Respublikası qabaqcil təhsil işçisi” döş nişanı ilə təltif edilmişəm.
- Elektron poçt
- khatira_maharramova@unec.edu.az
- Digər E-poçt
- xatira.maharramova65@gmail.com
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/khatira.maharramova