Mən Namazova
Lala Sakit qızı 08 aprel 1986-cı
ildə Moskva şəhərində anadan olmuşam.
1992-2002-ci
illərdə Bakı şəhəri Binəqədi rayonu 247 nömrəli orta məktəbdə təhsil almışam.
2002-ci ildə Azərbaycan Dövlət İqtisad
Universitetinin "Beynəlxalq
İqtisadi Münasibətlər" ixtisasına qəbul olmuşam və 2006-cı ildə oranı fərqlənmə
diplomu ilə bitirmişəm.
2006-2008-ci illərdə
Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər" ixtisası üzrə magistraturasında təhsil almış
və fərqlənmə diplomu ilə bitirmişəm.
2012-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat
uçotu” kafedrasıda doktorantura təhsili
almışam.
2018-ci ildə 5302.01
– “Ekonometriya; iqtisadi statistika” ixtisası üzrə “Azərbaycan Respublikasinda informasiya cəmiyyəti statistikasi və onun təkmilləşdirilməsi
istiqamətləri” mövzusunda
dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi almışam.
2008-2010 - cu illərdə Azərbaycan Respublikası Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya Cəmiyyəti şöbəsində iqtisadçı vəzifəsində çalışmışam.
2010-2021 - ci illərdə SOCAR-ın Rabitə və informasiya texnologiyaları idarəsinin Biznes Resurslarının Planlaşdırması Sistemlərinin İnsan Resurslarının Planlaşdırması şöbəsində iqtisadçı vəzifəsində işləmişəm.2022-ci ildən Azərabaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad
Məktəbinin “Tətbiqi iqtisadiyyat” kafedrasında müəllim vəzifəsində çalışır.
Evlidir 2 övladı var.
- Elektron poçt
- lala.namazova@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/lala.namazova