Tahirova
(Əzimova) Lamiyə Yaqub qızı 25 dekabr 1983-ci il tarixdə Bakı şəhərində anadan olmuşam. 1991-ci
ildə Bakı şəhəri Suraxanı rayonu 282 nömrəli orta məktəbin 1-ci sinfinə getmiş
və 2001-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişəm.
2001-cı ildə Bakı Dövlət Universitetinin
tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olub, 2005-ci ildə həmin
fakültəni tətbiqi riyaziyyat ixtisası üzrə bitirmişəm. 2018-ci ildə Azərbaycan
Dövlət İqtisad Universitetinin biznesin idarə edilməsi fakültəsinin
magistraturasına daxil olub, 2020-ci ildə həmin magistraturanı biznesin təşkili
və idarə edilməsi (turizm və otelçiliyin idarə edilməsi) ixtisası üzrə bitirmişəm.
19.10.2005-ci il tarixində S.Vurğun
adına Azərbaycan Dövlət Rus Dram teatrına tabelçi vəzifəsinə təyin edilmiş və 01.09.2011-ci
il tarixində öz xahişimlə həmin vəzifədən azad edilmişəm.
01.10.2011-ci
il tarixində R.A.İ. MMC-yə maliyyə işləri üzrə menecer vəzifəsinə təyin edilmiş
və 29.01.2015-ci il tarixində öz xahişimlə həmin vəzifədən azad edilmişəm.
17.02.2017-ci
il tarixində Bakı Biznes və Kooperasiya Kollecinə riyaziyyat müəllim vəzifəsinə
təyin edilmiş və hal-hazırda həmin vəzifədə çalışıram.
06.09.2021-ci
il tarixində Azərbaycan Kooperasiya Universitetində 0.5 ştat vahidi ilə müəllim
vəzifəsinə təyin edilmiş və hal-hazırda baş müəllim vəzifəsində çalışıram.
29.09.2021-ci
il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində 0.5 ştat vahidi ilə müəllim
vəzifəsinə təyin edilmiş və 05.07.2023-ci il tarixində həmin vəzifədən azad
edilmişəm.
16.09.2023-ci
il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində tam 1 ştat vahidi ilə müəllim
vəzifəsinə təyin edilmiş və hal-hazırda həmin vəzifədə çalışıram.
Evliyəm, 2 uşağım var.