Məhiş A. Əhmədov 1969-cu ildə D.
Bünyazdazə adına Xalq Təsərrüfatı
İnstitutunun “Xalq təsərrüfatının planlaşdırılması“ ixtisasını bitirdikdən sonra
1970-1980- cı illərdə AMEA- nın “İqtisadiyyat” institutunda əvvəlcə kiçik elmi
işçi sonra isə baş elmi işçi vəzifəsində çalişmışdır.
1974-cü ildə
namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi elmi
dərəcəsi adını almışdır. 1980-1990-cı illərdə Azərbaycan Dövlət İqtisad
Universitetində baş müəllim, 1984-cü ildə isə dosent adına layiq
görülmüşdür.
Məhiş Əhmədov 1990-1996-cı
illərdə “İqtisadi nəzəriyyə” kafedrasının
müdiri vəzifəsində çalışmışdır.. 2005-ci ildə "Qloballaşma şəraitində milli iqtisadiyyatın
formalaşmasının nəzəri problemləri" mövzusunda (“Iqtisadi Nəzəriyyə”) müdafiə
edərək, iqtisad elmləri doktoru alimlik elmi dərəcəsinə, 2011-ci ildə isə Ali
Attestasiya Komisiyasının qərarı ilə professor adına layiq görülmüşdür. 2006-2022-ci illər ərzində
“İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, 2022-2023-cü tədris ilindən
isə hal-hazıra kimi “İqtisadi və texnoloji elmlər” kafedrasında professor
vəzifəsində çalışır.
2006-2008-ci
illərdə Azərbaycan Respublikası Prezidenti yanında fəaliyyət göstərən Ali
Attestasiya Komissiyasının “İqtisadiyyat və hüquq elmləri üzrə” ekspert
şurasının üzvü, 2015-2019- cu illərdə Azərbaycan Respublikası Prezidenti
yanında “Bilik” Fondunun “Iqtisadi məsələlər üzrə” ekperti olmuşdur.
2008-ci ildən hal-hazıra kimi Azərbaycan
Dövlət İqtisad Universsitetinin nəzdində fəaliyyət göstərən
İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvü, 2022-2023-ci illlədə isə həmin şurasının
sədri olmuşdur.
2015-2021-ci
illərdə Azərbaycanda “Elmi tədqiqatların təşkili və əlaqələndirilməsi”nin “İqtisad
bölməsi” üzrə Problem Şurasının, 2016-2023- cü illərdə isə universitetin
Tədris-Metodiki Şurasının bölmə rəhbəri olmuşdur. Elmi rəhbər olduğum 15 aspirant müdafiə
edərək iqtisad üzrə fəlsəfə doktoru adına layiq görülmüş, hal-hazırda isə elmlər doktoru proqramı üzrə 3 doktorantın, fəlsəfə
doktoru proqramı üzrə iki aspirantın
elmi rəhbəriyəm.
200-dən çox elmi metodik əsərlərin, o
cümlədən 4-ü birgə olmaqla 5 kitabın, habelə, 35 çap vərəqi həcmində olan bir
monoqrafiyanın müəllifidir. Eyni zamanda birgə yazılmış 3 dərsliyin, 4 dərs
vəsaitinin, 20-dən çox tədris proqramlarının və ölkə daxilində və xaricində
(web of science) çap edilmiş çox saylı məqalələrin, teyzislərin,
müxtəlif illərdə dövlət orqanlarına Azərbaycanın iqtisadi
inkişafının aktual problemlərinə həsr edilmiş 5 təhriri məruzənin
müəllifidir.
Orduda xidmət etdiyim və əmək fəaliyətim dövründə 1965-ci ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı
ilə “Faşist Almaniyası üzərində qələbənin 20 illik yubiley medalı“ilə, 2011-ci
ildə “təhsilin inkişafındakı xidmətlərinə görə” Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə “Əməkdar Müəllim” fəxri adına, 2015-ci ildə Ali
Təhsil Nazirinin əmri ilə “Qabaqçıl ali təhsil işcisi” döş nişanı ilə, Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il
tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad
Universitetinin 90 illiyi və Azərbaycanda təhsilin
inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmuşam. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm.
Bütövlükdə Məhiş Əhmədovun 54-illik elmi pedoqoji, 44-iilk bilavasitə pedoqoji stajı vardır.
- Elektron poçt
- m.ahmedov@unec.edu.az
- Digər E-poçt
- ahmadovmahish24@gmail.com
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/m.ahmedov
- Mobil telefon
- +994 503491714