11 noyabr 1987-ci ildə Rusiya Federasiyası Stavropol vilayətinin Stepnov rayonunda anadan olmuşdur.
1994-2005-ci illərdə Bakı şəhəri, Nizami rayonu 109 saylı məktəbdə orta təhsil, 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin Mexanika riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə bakalavr pilləsini, 2005-2009-cu illərdə Bakı Dövlət Universitetinin Mexanika riyaziyyat fakültəsinin Deformasiya olunan bərk cisim mexanikası ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2011-2014-cü illərdə Bakı Dövlət Universitetinin Deformasiya olunan bərk cisim mexanikası ixtisası üzrə fəlsəfə doktoru proqramı üzrə doktorantura pilləsində təhsilini davam etdirmişdir.
2016-cı ildə alimlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın qərarı ilə riyaziyyat üzrə fəlsəfə doktoru elmi adını almışdır.
2012-ci ildə Bakı Dövlət Universitetinin nəzdində yaradılan tyutor kursunu fərqlənmə diplomu ilə bitirmiş və 2012-2017-ci illərdə Bakı Dövlət Universitetinin Magistratura və Doktorantura şöbəsində I dərəcəli akademik məsləhətçi (tyutor) vəzifəsində çalışmışdır. Eyni zamanda DİM-in (keçmiş TQDK) Tələbə Məzun Sisteminin onlayn bazasında operator vəzifəsini icra etmişdir.
20 sentyabr 2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnoloji maşınlar və sahə avadanlıqları kafedrasına müəllim vəzifəsinə təyin edilmişdir.
2019-cu ildə “Maşın mühəndisliyi” ixtisasının rəhbəri vəzifəsinə təyin olunmuşdur.
2022-ci ildə UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasında baş müəllim, 2025-ci ildə dosent vəzifəsinə seçilmişdir. Hazırda “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.
2025-ci ildə UNEC-in 95 illik yubileyi münasibəti ilə Mühəndislik təhsilinin inkişafında göstərdiyi fəaliyyətə görə Fəxri Fərmanla təltif edilmişdir.
2026-cı ildə Akademik İnkişaf və İnnovativ Tədris üzrə Təlim proqramını müvəffəqiyyətlə bitirmiş və fərqlənmə sertifikatına layiq görülmüşdür.
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/m_esmira