Maqsud Şahsuvar oğlu Mirzəyev 27 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının Lerik rayonunda anadan olmuşdur. 2009-cu ildə Abşeron rayonu, Ceyranbatan qəsəbəsindəki 1 nömrəli tam orta məktəbi bitirmişdir. 04.01.2010-01.07.2011 tarixləri arasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Füzuli rayonundakı N saylı hərbi hissəsində hərbi xidmət keçmişdir. 2016-cı ildə Türkiyə Respublikasının Qafqaz Universitetində “Biznesin İdarə Edilməsi” ixtisası üzrə bakalavr, 2019-cu ildə isə Türkiyə Respublikasının Ondokuz Mayıs Universitetində eyni ixtisas üzrə magistr təhsilini tamamlamışdır. 2019-cu ilin payız semesterində Türkiyə Respublikasının Kocaeli Universitetində “Menecment” ixtisası üzrə doktorantura təhsilinə başlamışdır.
01.09.2022-ci ildən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad Fakültəsi, "İqtisadiyyat və İşlətmə" Kafedrasında müəllim vəzifəsində fəaliyyət göstərir.
04.09.2023-12.09.2023 tarixləri arasında Türk Universitetlər Birliyinə (TÜRKUNİB) üzv olan universitetlər arasında həyata keçirilən Orhun Beynəlxalq Mübadilə Proqramı çərçivəsində Qazaxıstan Respublikasının Əhməd Yassavi Universitetində mübadilə proqramında iştirak etmişdir.
07.06.2024-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru prof. Ə. Muradovun əmrinə əsasən, "UNEC Günü" ilə əlaqədar universitet həyatında fəal iştirakına görə Təşəkkürnamə ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 05.11.2024-cü il tarixli qərarı ilə Türkiyə Respublikasının Kocaeli Universiteti Sosial Elmlər İnstitutu tərəfindən “Menecment” ixtisası üzrə verilmiş fəlsəfə doktoru diplomu nostrifikasiya əsasında tanınmışdır.
Beynəlxalq indeksli jurnallarda (SCOPUS, ULAKBİM) 3, digər indeksli jurnallarda isə 7 elmi məqalənin müəllifidir.
- Elektron poçt
- magsud-mirzeyev@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/magsud-mirzeyev