Texnika elmləri doktoru, professor Nuriyev Məhəmmədəli Nürəddin oğlu 24 fevral 1962-ci
ildə Zərdab rayonunun Cilovxanlı kəndındə müəllim ailəsində anadan olmuşam.
1969-1979-cu illərdə həmin kənddə orta təhsili
başa vurduqdan sonra 1980-1982-ci illərdə hərbi xidmətə getmiş, hərbi xidməti
başa vurduqdan sonra isə 1982-ci ildə Ç.İldrım adına Apərbaycan Politexnik
İnstitutuna müsabiqədən kənar yolla imtahan verərək təhsil almaq üçün Xalqlar
Dostluğu ordenli Y.Axunbabayev adına Daşkənd Toxuculuq və Yüngül Sənaye
İnstitutunun hazırlıq fakultəsinə göndərilmişəm.
1983-cü ildə həmin institutuna qəbul olunmuş və
1988-cı ildə bitirərək mühəndis-mexanık ixtisasına yiyələnmişəm.
1988-ci ildə Azərbaycan Təhsil Nazirliyinin təyinatı
ilə Azərbaycan Texnologiya İnstitutunun elmi tədqiqat şöbəsində laborant vəzifəsində
əmək fəaliyyətinə başlamışam.
Üç ildən sonra 1991-ci ildə Azərbaycan Təhsil
Nazirliyi tərəfindən Daşkənd Toxuculuq və Yüngül Sənaye İnstitutunun məqsədli
aspiranturasına göndərilmiş və 1994-cü ilin sentyabırında “Çarpaz sarınan
bağlamaların strukturlarına səmərəli nəzarət üsulu yaratmaq məqsədi ilə onların
əmələ gəlmə proseslərinin tədqiqi” mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə
müdafiə edərək texnika elmlər namizədi elmi dərəcəsinə layiq görülmüşəm.
1994-1998-ci illərdə Azərbaycan Texnologiya
İnstitutunun “Əmək fəaliyyətinin təhlükəsizliyi” kafedrasında saathesabı müəllim
kimi çalışmışam.
1998-2000-ci illərdə M.N.Nuriyev Bakı Əmtəəşünaslıq
Kommersiya İnstitutunun “Standartlaşdırma və sertifikasiya” kafedrasında assistent sonra dosent, 2000-ci ildən
hal-hazıra kimi isə Azərbaycan Dövlət İqtisad Universitetinin
“Standartlaşdırma və sertifikasiya”
kafedrasında dosent daha sonra professor vəzifəsində çalışıram.
Professor M.N.Nuriyev 2001-2004-cü illərdə Azərbaycan
Dövlət İqtisad Universitetinin “Kommersiya” və 2004-2006-cı illədə “Texnologiya
və dizayn” fakultəsində dekan müavini işləmişəm.
2010-cu ilin sentyabr ayında M.N.Nuriyev 3326.01-“Toxuculuq və yüngül sənaye
istehsalının materialşünaslığı” ixtisası üzrə “Toxuculuq bağlamalarının
strukturuna və xassələrinə nəzarət netodları və vasitələrinin işlənməsi”
mövzusunda doktorluq dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək texnika
elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşəm.
Mənim elmi rəhbərliyimlə iki doktorantım
fəlsəfə doktorluğu dissertasiyasını müvəffəqiyyətlə
müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşlər.
Onlardan: Rəcəbov İlqar Saeh oğlu, dissertasiya içinin mövzusu: Parçalarin
əriş və arğac sapları üzrə xətti ölçülərinin
dəyişməsinin qiymətləndirilməsi metodlarının işlənməsi”.
Mirzəyev Razil Tofiq oğlu, dissertasiya içinin
mövzusu: Kostyumun hissələrinin keyfiyyət xassələrinin yüksəldilməsi üçün
resursqoryucu texnologiyanın işlənməsi”.
Mənim, 217 elmi-metodiki əsərlərin müəllifidir,
onlardan: 3 monoqrafiya, 2 ixtira (1-i Azərbaycan Respublikası, 1-i SSSRİ),
6-patent (1-i Azərbaycan Respublikası, 5-i SSSRİ), 2 dərslik, 5 dərs vəsaiti, 6
metodiki göstərişlər, 17 tədris proqramı 176 müxtəlif məqalələr və konfrans
materialları. Onlardan 31-sı “Scopüsun” 5-i
isə “Clarivate Analytics” platformasında olan nüfuzlu jurnallarda çap
olunmuşdur.
Professor M.N.Nuriyevin məqalələri əsasən Kolumbiya, Hindistan, Polşa,
Almaniya, İvanova, Kostroma, Tombov, Voloqda, Xarkov, Daşkənd, Tiflis və Bakı şəhərlərində
çap olunmuşdur. Elmi tədqiqatlarının nəticələri isə Azərbaycan Respublikasının
Gəncə və Rusiya Federasiyasının Koctroma şəhərlərində tətbiq olunmuşdur.
- mahammadali.nuriyev@unec.edu.az
- Other Email
- mehman62@mail.ru
- Web Page
- https://avesis.unec.edu.az/mahammadali.nuriyev
- Mobile Phone
- +994 552708196