Ümumi Məlumat

Müəssisə məlumatları: Biznes Və Menecment Fakültəsi, Biznes Və Logistika Kafedrası, Biznesin İdarə Edilməsi
WoS Tədqiqat Sahələri: Economics, Business, Business Finance, Development Studies
AVESİS Tədqiqat Sahələri: Social Sciences and Humanities
Ölçülər

Nəşr

3

İstinad (WoS)

2

İstinad (Scopus)

3

H-indexi (Scopus)

1

Ümumi İstinad Sayısı

3

Açıq giriş

1
Tərcümeyi hal

Məmməd Talıblı

1973-cü il may ayının 12-də anadan olub. 

2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində(UNEC) işləyir.

2004-2005-ci illərdə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin Monitorinq və Cənubi Qafqaz  Qaz Boru Kəmərinin Audit qrupunda ekspert olaraq çalışıb.  

İyirmi ildən artıqdır ki, ölkənin müxtəlif ali təhsil müəssisələrində (“Qərb”, LDU, AU, BMU, DGKA, UNEC) mühazirələr deyib. Türkiyənin Anadolu Universitetində müəllimlərin mübadilə proqramı (Erasmus+) çərçivəsində magistlər üçün dərslər keçib.

Bir neçə ölkələrdə (ABŞ, Türkiyə, Gürcüstan və s.) müxtəlif iqtisadi mövzularla bağlı  tədbirlərdə, o cümlədən fiskal siyasət mövzularında (Konqresin Büdcə Ofisi) təlimlərdə və çeşidli müzakirələrdə iştirak edib. 

 “Azərbaycanda biznesin inkişafında xarici investisiyaların rolu” adında dissertasiya işinin müzakirəsi mərhələsindədir. İqtisad üzrə fəlsəfə doktorluğuna namizəddir.

Müəllifin aşağıdakı kitabları çap olunmuşdur:

·        “Biznesin təşkili və idarəedilməsi” adında dərslik kitabının həmmüəllifi, səh. 656, Bakı-2010

·        “İqtisadiyyatda insan dəyəri”, səh. 168,  Bakı–2014     

·        “Elm-kitab-müəllim üçbucağı”, səh. 375, Bakı-2021

·        “İqtisadi vektor və strateji seçim”, səh.214, Bakı-2022

 

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Biznes və logistika” kafedrasının tam ştat üzrə baş müəllim vəzifəsində çalışır. “Beynəlxalq biznes”, “Biznesin əsasları və sahibkarlığa giriş” və “Sosial sahibkarlıq” fənlərini tədris edir. Elm və Təhsil Nazirliyinin qrifi ilə UNEC-in “Sosial sahibkarlıq” fənni üzrə fənn Proqramının həmmüəlliflərindəndir.

Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçən İqtisadi Təhlil İnsitutunun (İB) rəhbəridir. Çoxlu sayda tədqiqat layihələrinin rəhbəri və eksperti olub. 

Azərbaycan Respublikası Mərkəzi Bankının Ekspert Şurasının üzvüdür.

Ailəlidir: Bir oğlu və bir qızı var.

Əlaqə
Elektron poçt
mammad_talibli@unec.edu.az
Digər E-poçt
mammad_talibli@unec.edu.az
Veb Səhifəsi
mammad_talibli@unec.edu.az
Mobil telefon
+994 552006167