Müəssisə məlumatları: İqtisadiyyat Və İdarəetmə Fakültəsi, Riyaziyyat Və Statistika Kafedrası, Riyaziyyat
WoS Tədqiqat Sahələri: Mathematics, Mathematics Applied
Scopus Tədqiqat Sahələri: General Mathematics, Computational Theory and Mathematics
AVESİS Tədqiqat Sahələri: Mathematics, Differential Equations, Integral Equations, Partial Differential Equations

Nəşrlərdə adlar: Mamedova, A.F., Mamedova, Afag F.
Ölçülər

Nəşr

32

Nəşr (WoS)

6

Nəşr (Scopus)

11

İstinad (WoS)

10

H-indexi (WoS)

2

İstinad (Scopus)

14

H-indexi (Scopus)

2

İstinad (Scholar)

21

H-indexi (Scholar)

3

Açıq giriş

4
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
Tərcümeyi hal

1979-cu ildə Gəncə şəhərində anadan olmuşdur.

1996-cı ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuş, 2000-ci ildə oranı bitirərək Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (hazırda Azərbaycan Dövlət Aqrar Universiteti) işə başlamışdır.

2008-2010-cu illərdə Gəncə Dövlət Universitetinin “Riyaziyyat İnformatika” fakültəsinin Riyazi analiz ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.

2010-2018-ci illərdə Gəncə Dövlət Universitetinin “Riyazi analiz” kafedrasının müəllimi və baş müəllimi vəzifəsində çalışıb.

2017-ci ildə Diferensial tənliklər ixtisası üzrə «Обратная задача теории рассеяния для растущего потенциала оператора Штурма – Лиувилля» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2018-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Riyaziyyat» kafedrasının baş müəllimi vəzifəsində çalışmışdır.

2020-2025-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Riyaziyyat və statistika» kafedrasının baş müəllimi vəzifəsində çalışıb.

2025-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «Riyaziyyat və statistika» kafedrasının dosentidir.

33 elmi məqalənin və konfrans materiallarının müəllifidir, onlardan 9-u Web of Science, 11-i isə SCOPUS Q2 və Q3 kateqoriyalı elmi-biblioqrafik bazasında indeksləşib və əsərlərin hər biri Google.scholar.com axtarış sistemində yer alır.

“Математический анализ 1” adlı dərs vəsaitinin müəllifidir.

A.F.Məmmədova Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) differensial əmək haqqı sisteminin müəllimlərin reytinqinin nəticələrinə görə 2020/2021 (27-ci yer), 2021/2022 (29-cu yer), 2023/2024 (33-cü yer), 2024/2025 (45-ci yer) tədris illərinin nəticələrinə görə ilk otuzluğa və altmışlığa daxil olmuşdur.

Ailəlidir, iki övladı var.