Müəssisə məlumatları: Xarici Dillər Departamenti, Xarici Dillərin Tədrisi Mərkəzi, Filoloq ( Rus )
WoS Tədqiqat Sahələri: Language & Linguistics, Education & Educational Research
Scopus Tədqiqat Sahələri: Language and Linguistics, Education
AVESİS Tədqiqat Sahələri: Russian Language and Literature
Ölçülər

Nəşr

23

İstinad (Scholar)

29

H-indexi (Scholar)

1
Tərcümeyi hal

Mən, Məmmədova Lalə Tofiq qızı 15 avqust 1967-ci ildə Sumqayıt şəhərində anadan olmuşam.

 1974-cü ildə Sumqayıt şəhəri 15 saylı orta məktəbin 1-ci sinifinə daxil olmuşam.

1979-cu ildən orta təhsilimi Bakı şəhəri 164 saylı məktəbdə davam etdirərək 1984-cü ildə həmin məktəbi bitirmişəm.

1984-cü ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşam.

 1989-cu ildə həmin Universiteti ərəb və rus dilləri və ədəbiyyatı müəllimi, tərcüməçi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərərək rus dili və ədəbiyyatı müəllimi adını almışam.

1989 ildən-1990-cı ilə qədər Lenin adına APİ-də baş laborant, 1990-1995-ə qədər 0,5 ştat müəllim vəzifəsində çalışmışam.

1995-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Dillər” kafedrasında 0,5 ştat baş müəllim vəzifəsində çalışmışam.

2000-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Texniki və texnoloji ixtisaslar üzrə “Dillər” kafedrasında tam ştat baş müəllim vəzifəsində “Dillər” kafedrasının ləğv edilməsi ilə əlaqədar ADİU-nun “Rus dili” kafedrasına tam ştat baş müəllim vəzifəsinə keçirilmişəm. 2015-2016-ci illərdə tədris ilində kafedranın tədris yükünün azalması ilə əlaqədar olaraq 0,5 ştat baş müəllim vəzifəsinə keçirilmişəm. Hal hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Xarici Dillər Departamentinin Xarici Dillərin tədrisi mərkəzində 0,5 ştat baş müəllim vəzifəsində çalışıram. 1992-ci ildə ailə qurmuşam və 1 övladım var.

Əlaqə
Elektron poçt
mammadova_lala@unec.edu.az
Digər E-poçt
lala.mamedova.15@mail.ru
Veb Səhifəsi
https://avesis.unec.edu.az/mammadova_lala
Ofis
Azərbaycan Dövlət İqtisad Universiteti, II-ci tədris binası
Poçt ünvanı
Bakı şəhəri, Həsən Əliyev, 135