1964-cü il avqust ayının 31-i Bakı şəhərində anadan olmuşdur. Dadaşova Mətanət İdris qızı 1982-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Q/ə. malları əmtəəşünaslığı və ticarətin təşkili” ixtisasına daxil olmuş və 1987-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1999-cu ildən Universitetin “Qeyri-ərzaq malları əmtəəşünaslığı”, 2008-ci ildən “Ticarət və gömrük işinin təşkili” kafedrasında baş müəllim, 2022-ci ildə dosent vəzifəsində, hal-hazırda “Biznes və logistika” kafedrasının dosenti vəzifəsində çalışır. Mətanət İdris qızı Dadaşova 2009-cu ildə 08.00.05 “Xalq Təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (makroiqtisadiyyat)” ixtisası üzrə “Müəssisələrin bazar şəraitində fəaliyyətinin təmin edilməsi problemləri və onların aradan qaldırılması yolları” mövzusunda dissertasiya işi müdafiə etmiş və 2013-cü il 4 dekabr tarixində Azərbaycan Respublikasınin Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisad elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Mətanət İdris qızı Dadaşova hal-hazırda 29-dan çox məqalə və tezisin müəllifidir. O, tədris proqramlarının və metodik göstərişlərin həmmüəllifi, həmçinin 1monoqrafiyanın, 1 dərs vəsaitinin müəllifidir.