Korporativ Akademik dərəcələr: i.f.d.
Müəssisə məlumatları: Mühəndislik Fakültəsi, Mühəndislik Və Tətbiqi Elmlər Kafedrası
WoS Tədqiqat Sahələri: Agriculture & Environment Sciences (Age), Engineering Computing & Technology (Eng), Social Sciences (Soc)
AVESİS Tədqiqat Sahələri: Social Sciences and Humanities, Engineering and Technology

Nəşrlərdə adlar: Maya Karimova, Maya Kerimova, Керимова Мая Джаваншировна, Мая Джаваншировна Керимова, Karimova Maya J.
Ölçülər

Nəşr

18

Açıq giriş

17
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
Tərcümeyi hal

i.f.d., dosent Kərimova Maya Cavanşir qızı.

1965-ci il mayın 1-də Xaçmaz şəhərində anadan olmuşdir. 1982-ci ildə Bakı şəhəri Nəsimi rayonunun 240 saylı orta məktəbini bitirmiş, S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Biologiya fakültəsinə daxil olmuş, “Biologiyaşünas, biologiya və kimya müəllimi ixtisası üzrə institutu bitirmişdir.

Əmək fəaliyyətimə «Kooperativ ticarətin iqtisadiyyatı» Ümumittifaq Elmi Tədqiqat İnstitutunun Azərbaycan filialında – «Kənd təsərrüfatı mallarının hazırlanması» şöbəsində baş laborant vəzifəsində başlamış, müxtəlif ali təhsil ocaqlarında 26.02.1985 – D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda – laborant, 24.09.1985  - N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu – Mərkəzi Elmi Tədqiqat Laboratoriyasında kiçik elmi işçi işləmişdir.            

01.09.2001- ci ildə  Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının keyfiyyət ekspertizası” kafedrasında assistent, 02.09.2002-ci ildə həmin kafedrada baş müəllim və 19.03.2019-cu ildən həmin kafedranın dosenti vəzifələrində çalışmışdır.

Kafedranın ləğv edilməsi ilə əlaqədar 19.10.2020-ci ildən hal-hazıra kimi  “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosenti vəzifəsində iş fəaliyyətini davam etdirir.

2011-ci ildə «Azərbaycan Respublikasında yuyucu vasitələr bazarının tənzimlənməsi problemləri» mövzusunda iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmiş, 12 fevral 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən  İqtisad üzrə fəlsəfə doktoru Ph.D ( FD № 08637) diplomu təqdim olunmuşdur.  

2011-ci ilin oktyabr ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ölkəmizdə və xaricdə nüfuzlu elmi-praktik jurnallarda dərc edilmiş 84 elmi əsər, o cümlədən, dərslik, dərs vəsaiti, metodik göstəriş, proqram, kollektiv monoqrafiya, məqalə, konfrans tezisinin müəllifidir. Bir sıra respublika və beynəlxalq səviyyəli tədbirlərdə tezis ilə iştirak etmişdir.

Ailəlidir. İki övladı və bir nəvəsi var.