Institutional Information: Mühəndislik Fakültəsi, Mühəndislik Və Tətbiqi Elmlər Kafedrası, Sənaye Mühəndisliyi Ixtisası
WoS Research Areas: Engineering Computing & Technology (Eng)
Scopus Research Areas: Social Sciences & Humanities
Avesis Research Areas: Engineering and Technology
Metrics

Publication

43

Publication (Scopus)

3

Citation (WoS)

1

Citation (Scopus)

1

H-Index (Scopus)

1

Citation (Scholar)

5

H-Index (Scholar)

2

Open Access

30
UN Sustainable Development Goals
Biography

20 noyabr 1966-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur.

1984-cü ildə Azərbaycan Texnologiya İnstitutunun Yüngül sənaye mallarının texnologiyası fakültəsinə qəbul olunmuş, 1989-cu ildə həmin institutu bitirmişdir.

1989-cu ildə Gəncə Elm Mərkəzində kiçik elmi işçi vəzifəsində çalışmış, 14 yanvar 1991-ci ildən Azərbaycan Texnologiya İnstitutunun “Tikiş məmulatlarının texnologiyası və konstruksiyası” kafedrasında baş laborant vəzifəsinə qəbul edilmişdir.1992-ci ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Qeyri ərzaq mallarının əmtəəşünaslığı” kafedrasına baş laborant vəzifəsinə işə qəbul edilmişdir.  2008-ci ildən Azərbaycan Dövlət iqtisad Universitetinin “Qeyri ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası” kafedrasında müəllim vəzifəsində çalışır.

   2016-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Standartlaşdırma və sertifikasiya” kafedrasında baş müəllim  vəzifəsində çalışıb. Hal-hazırda “Mühəndislik və tətbiqi elmlər”kafedrasında baş müəllim vəzifəsində çalışır.

     25.04.2007-ci il tarixdən “Resursların qənaət texnologiyası əsasında formalı kitellərin istehsalının təşkilinin təkmilləşdirilməsi” mövzusu üzrə Azərbaycan Texnologiya İnstitutunun dissertantıdır.

      O, 62 elmi-metodik əsərlərin, o cümlədən 4 dərslik, 1 dərs vəsaiti, , 7 proqram və 6 metodiki göstərişin müəllifidir. SCOPUS və Web of Science indeksli jurnallarda  məqaləsi dərc olunub.

Evlidir, iki övladı  var.