Mən, Əliyeva
Mehriban Şaban qızı 12 oktyabr
1973-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam,
azərbaycanlıyam.
1990-ci ildə Bakı səhəri Nəsimi
rayonun №211 orta məktəbi bitirmişəm.
1990-1995 – ci illərdə Azərbaycan
Dövlət İqtisad İnstitutunda [indiki Azərbaycan Dövlət İqtisad Universiteti] ali təhsil almışam.
1995-ci ildə Azərbaycan Dövlət
İqtisad İnstitutunun «Uçot-iqtisad»
fakultəsini fərqlənmə diplomu ilə bitirmişəm.
2004-cü ildə 080005 – “Xalq təsərrüfatının və onun sahələrinin (kənd təsərrüfatı)
iqtisadiyyatı, planlaşdırılması və idarə olunmasının təşkili” ixtisası üzrə namizədlik
dissertasiyasını müdafiə etmişəm və 2005-ci ildə iqtisad elmləri namizədi elmi
dərəcəsini almışam.
1995 –2001 ci illərdə
Azərbaycan Dövlət İqtisad Universitetində “Mühasibat uçotu və audit‘’ kafedrasında baş
laborant vəzifəsində çalışmışam.
2002- 2005ci illərdə
Azərbaycan Dövlət İqtisad Universitetində “Mühasibat uçotu və audit” kafedrasında müəllim, 2006-2011cı illərdə-baş müəllım,
2012-ci ildən dosent vəzifəsində ışləmişəm.
2019-cu ildən “Tətbiqi iqtisadiyyat” kafedrasının “Muhasibat” və “Maliyyə” ixtisasların
proqram rəhbəri vəzifəsində çalışıram.
2011-ci ildə Birləşmiş Krallıqin Maliyyə Mühasibləri İnstitutun (IFA) beynəlxalq
diplomunu almışam.
2019-cu ildə ACCA standartları əsasında hazırlanan sillabus tədrisi ilə
bağlı “İqtisadiyyat” fənni üzrə təlimdə müvəffəq nəticə əldə etdiyimə görə
sertifikatla təltif edilmişəm.
2022-ci ildə “Maliyyə hesabatlığı” fənni üzrə təlim proqramını uğurla başa
vurduğuma görə sertifikatla təltif olunmuşam.
2022-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində UNEC “Soft Skils” (Time Management, Teamwork,
Communication, Problem Solving) mövzusunda təlimində iştirak etmişəm və uğurla
başa vurduğuma görə sertifikatla təltif olunmuşam.
2020-ci ildə
M.Ş.Əliyeva uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə UNEC-in “Fəxri
Fərmanı” ilə təltif olunmuşam.
2017 – 2019 - cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində
dissertasiyaların müdafiəsi üzrə daimi fəaliyyət göstərən Elmi Seminarın üzvü
olmuşam.
2023-ci ildən bu günə qədər Azərbaycan Dövlət İqtisad Universitetində “Mühasibat
uçotu” ixtisasında dissertasiyaların müdafiəsi üzrə daimi fəaliyyət göstərən
Elmi Seminarın üzvüyəm.
2020-ci ildə Azərbaycan
Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və uzun müddətli səmərəli
elmi-pedaqoji fəaliyyətinə görə UNEC-in “Fəxri Fərmanı” ilə təltif olunmuşam.
2025--ci ildə
Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illiyi münasibətilə və yüksək
ixtisaslıpeşəkar iqtisadçı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətlərinə
görə "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı"
ilə təltif olunmuşam.
Mühasibat uçotu, audit və iqtisadiyyatın digər sahələrinin aktual problemlərinə
aid olan 75 elmi əsərin müəllifiyəm və həmmüəllifiyəm.
Ailəliyəm. İki
övladım var.
- Elektron poçt
- mehriban_aliyeva@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/mehriban_aliyeva