Korporativ Akademik dərəcələr: c.e.n.
Müəssisə məlumatları: İqtisadiyyat Və İdarəetmə Fakültəsi, İctimai İdarəetmə Və Sosial İnnovasiyalar Kafedrası, Ekologiya
Ölçülər

Nəşr

2

Nəşr (WoS)

1

Açıq giriş

1
Tərcümeyi hal

Tərcümeyi-hal

Mən Mehriban Əsgərova yanvar ayının 3-ü,1968-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşam. 1985-ci ildə Bakı şəhəri 18 saylı orta məktəbi, 1990-cı ildə BDU-nun İqtisadi coğrafiya fakültəsini bakalavr pilləsi üzrə bitirmişəm.Universiteti bitirdikdən sonra 1990-92-ci illər ərzində Yasamal rayonu 39 saylı orta məktəbdə coğrafiya müəllimi, 1993-cü ildən Azərb.Dövlət İqtisad Universitetində b/laborant,kafedranın dissertantı,1999-cu ildən 0,5 ştat müəllim, 2000-ci ildən tam ştatlı müəllim kimi çalışmışam.2000-ci ildə c.e.n. elmi dərəcəsini almaq üçün dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişəm 2007-ci ildən baş müəllim,2019-cu ildən isə UNEC -də dosent vəzifəsində çalışıram.

Ümumilikdə 30-dan çox elmi əsərlərim çap olunmuşdur.18 məqalənin, 10 tədris proqramının, 2 metodiki vəsaitin, 1 dərs vəsaitinin  müəllifi, 1dərs vəsaitinin isə həmmüəllifiyəm.Məqalələrdən 1-ı Xarici Beynəlxalq jurnalda,4-ü beynəlxalq(Türkiyə) konfrans materialları toplusunda,digərləri ölkə konfrans materialları toplusunda çap olunmuşdur.  Həmçinin kafedranın elmi-tədqiqat işinin yerinə yetirilməsində iştirak edir, bakalavr və magistr tələbələrinin buraxılış və dissertasiya işlərinin yazılmasına rəhbərlik edirəm.

Ailəliyəm. 1 oğlum var.

Həyat yoldaşım-Əsgərov Azad Soltanağa oğlu, 26 oktyabr 1968- ci ildə Bakı şəhərində anadan olub.

Oğlum- Əsgərov İlyas Azad oğlu  2 may 2004 cü ildə Bakı şəhərində anadan olub. Hazırda Türkiyənin Hərbi Denizçilik Universitetinin son kurs tələbəsidir.