Institutional Information: Rus Iqtisad Məktəbi, Tətbiqi Iqtisadiyyat Kafedrası, Beynəlxalq Ticarət Və Logistika, Marketinq
WoS Research Areas: Operations Research & Management Science, Business, Management, Economics
Scopus Research Areas: Organizational Behavior and Human Resource Management, General Business, Management and Accounting, General Decision Sciences, General Economics, Econometrics and Finance
Avesis Research Areas: Economics, International Economics, Development Economics and Economic Growth, Marketing, Logistics Management, Import-Export, Strategic Marketing and Brand Management

Names in Publications: Mehriban Səmədova, Mehriban Samedova, Мехрибан Самедова, Mehriban Samadova
Metrics

Publication

37

Publication (WoS)

4

Publication (Scopus)

3

Citation (Scopus)

9

H-Index (Scopus)

2

Citation (Scholar)

49

H-Index (Scholar)

3

Total Citation Count

9

Thesis Advisory

3

Open Access

22
UN Sustainable Development Goals
Biography

1968-ci il sentyabrın 30-da Bakı şəhərində anadan olmuşdur. 

1982-1986-cı illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Əmtəəşünaslıq fakültəsində təhsil alıb. 

1986-1992-ci illərdə Ticarət Nazirliyində işləmişdir. 1992-1996-ci illərdə Maliyə-Kredit Texnikumunda müəllim işləmişdir. 

2004-ci ildə namizədlik dissertasiya işini müdafiə etmişdir. İqtisad elmləri namizədidir. 

1996-cı ildən «Ticarət və marketinq», sonradan «Ticarət» kafedrasında işləyib. 

2002-ci ildən 2007-ci ilə  kimi “Kommersiya” fakültəsinə dekan müavini vəzifəsinə təyin edilmişdir. 

2017-ci ilə kimi “Ticarət və gömrük işinin təşkili” kafedrasının dosenti olub. 2017-ci ildən UNEC-in Rus İqtisad Məktəbinin “İqtisadiyyat” kafedrasının dosentidir. 

2019-cu ildən UNEC-in Rus İqtisad Məktəbinin “Tətbiqi İqtisadiyyat”  kafedrasında “Beynəlxalq ticarət və loqistika”, "Marketinq" və "Beynəlxalq münasibətlər" ixtisaslarının proqram rəhbəri vəzifəsində calışır.

45 elmi əsərin müəlifidir, onlardan 23 məqalə (7 xarici ölkələrdə çapdan çıxmışdır), 19 tezis, 2 tədris proqramı və 2 dərsliyin həmmüəllifidir. 

2018-ci ildə “Feyk elmi və akademik etika: müasir çağırışlar və yeni institutların inkişafı” mövzusunda elmi-praktiki seminarda iştirakıma görə sertifikat təqdim olunub. 

2020-ci ildə International conference digital economy: modern challenges and real opportunities sertifikatı təqdim olunub.

2021-ci ildə UNEC ilə İstanbul Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləştirilən “Logistikanın əsasları” fənni üzrə təlim proqramından uğurla keçmiş və sertifikata layiq görülmüşdür.  

2022-ci ildə UNEC ilə Türkiyənin Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Təchizat zəncirinin idarə edilməsi” fənnindən təlim keçmişdir və sertifikat almışdır. 

2020-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Fəxri Fərmanla»  təltif olunub. 

2020-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illiyi münasibətilə Səmərəli fəaliyyətlərinə görə UNEC-in “Fəxri Fərmanı”ilə təltif edilmişdir. 

2025-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin «Fəxri Fərmanla» təltif olunub.