Mən ,Əliyeva Nərgiz Əmiraslan qızı ,
1964-cü ildə Ağdam rayonunun Alıbəyli kəndində qulluqçu ailəsində anadan olmuşam. 1970-1980-ci illərdə Bakı şəhərindəki 176 saylı orta məktəbdə orta təhsil almışam.1980-ci ildə orta məktəbi yüksək qiymətlərlə
bitirdikdən sonra Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) “Maliyyə - Statistika”” fakultəsinin “maliyyə-kredit
” ixtisasına daxil olmuşam.1985-ci ildə həmin institutu fərqlənmə diplomu ilə
bitirmişəm.1985-ci ildə Azərbaycan
Dövlət Milli Bankının Bakı şəhər idarəsində kredit inspektoru vəzifəsinə gənc mütəxəssis kimi göndərilmişəm.
2001-ci ilin may ayından Azərbaycan Dövlət İqtisad Universitetinin «Qiymət və
qiymətləndirmə» kafedrasında müəllim kimi çalışmışam. Daha sonra universitet daxilində həyata keçirilən
dəyişikliklərə əsaslanaraq “Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə”
kafedrasının müəllimi olaraq çalışmışam.
20.04.2022-ci il tarixdən həmin kafedranın baş müəllimi vəzifəsinə
keçirilmlşəm. Hal-hazırda “İctimai
idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimiyəm.
Pedaqoji fəaliyyətimlə bərabər
iqtisadiyyatın və xüsusilə də qiymətəmələ gəlmənin aktual problemlərinə həsr
olunmuş elmi-metodik əsərlərin müəllifiyəm. Müxtəlif iqtisadi məsələlərə həsr
olunmuş respublika və beynəlxalq elmi-praktiki konfranslarda məruzə ilə çıxış
etmişəm.
. Azərbaycan Dövlət İqtisad Universitetinin
təşkil etmiş olduğu bir çox fənn üzrə təlim proqramında iştirak etmişəm və bu proqramları uğurla başa vurduğuma görə həm
Türkiyə Hacetteie Universiteti tərəfindən, Universitet rektoru tərəfindən
sertifikatlarla təltif olunmuşam.
Ailəliyəm. 2 övladım var.
- Elektron poçt
- n.aliyeva@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/n.aliyeva
- Mobil telefon
- +994 558593882
- İş telefonu
- +994 558593882
- Faks telefon
- +994 558593882