Institutional Information: Iqtisadiyyat Və Idarəetmə Fakültəsi, Ictimai Idarəetmə Və Sosial Innovasiyalar Kafedrası, Sosial Iş
WoS Research Areas: Economics & Business, Social Sciences (Soc), Management, Economics, Business Finance, Social Issues, Social Sciences Interdisciplinary, Social Work
Scopus Research Areas: Gender Studies, General Economics, Econometrics and Finance, General Decision Sciences, Management Information Systems, Business, Management and Accounting (miscellaneous)
Avesis Research Areas: Social Sciences and Humanities, Social Work, Economics, International Economics, Financial Economics, Management, Marketing, Agricultural Sciences

Names in Publications: Naila Sultanova
Metrics

Publication

26

Publication (WoS)

3

Publication (Scopus)

7

Citation (WoS)

3

H-Index (WoS)

1

Citation (Scopus)

26

H-Index (Scopus)

4

Open Access

6
UN Sustainable Development Goals
Biography

                                                                                                      

                             

                            Sultanova Nailə İdris qızı

Ümumi məlumatlar:

Naile.sultanova.73@mail.ru

naila­­_sultanova@unec.edu.az

Bakı, H.Əliyev küçəsi, 135 (UNEC II Tədris korpusu)
492-59-03 (12 18)

Təhsili:

Sultаnоvа Nailə İdris qızı 17 aprel 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur.

1990-cı ildə 211 saylı orta məktəbi yüksək nəticə ilə bitirmişdir.

1988-ci 1990-cı illərdə  Nəsimi r-nu 20№-li poliklinikada MTİK-də tibb bacısı ixtisası üzrə təhsil almışdır.

1990-cı ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutuna daxil olmuş və 1996-cı ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Plan-iqtisad” fakultəsində “İqtisadi və sosial planlaşdırma” ixtisası üzrə ali təhsil almışdır.

«Yeni iqtisadi şəraitdə kənd təsərrüfatında iqtisadi mənafelərin tənzimlənməsində qiymət amili» mövzusunda namizədlik dissertasiyasını  2021-ci ildə müdafiə etmişdir.

Ailəlidir. İki övladı var.

Əmək təcrübələri:

1993-cü ildən “Hədiyyələr və bədii məmulat üzrə Xalq Yaradıcılığı İstehsalat Birliyi”nin nəzdindəki “Arzu” kooperativində mühasib vəzifəsində işləmişdir.

1994-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibatlığında işləmişdir.
2000-ci ildən İqtisad Universitetində baş laborant işləyib.
2002-ci ildən «Qiymət və qiymətləndirmə» kafedrasında müəllim vəzifəsində işləyib.
“Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasında baş müəllim işləmişdir.
Hazırda UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimi vəzifəsində işləyir.

“İqtisadiyyat və idarəetmə” fakültəsinin  Həmkarlar İttifaqının sədridir.

Nəşrləri:

 

      

 

 

 

Əlavə məlumatları:

211 saylı məktəbdə oxuduğu dövrdə “Riyaziyyat və “Rus dili” fənnləri üzrə respublika  rayon olimpiadasının qalibi olmuşdur
Üniversitetin təşkil etdiyi Beynəlxalq təlimlərdə aktiv iştirak edərək və  çoxlu sayda sertifikatlar əldə etmişdir.

Xarici ölkələrin SCOPUS İstinad bazasına daxil olan yüksək kateqoriyalı jurnallarda 7 (yeddi) və eyni zamanda da SCOPUS İstinad bazasına daxil olmayan jurnallarda  2 (iki) məqaləsi dərc olunub.

Azərbaycan və digər ölkəlrdə işlədiyi dövrdə 30-dan çox elmi-metodiki əsərləri vardır. Bura kitablar, proqramlar, beynəlxalq konfranslar daxildir.

 

2020-ci ildə pandemiya dövründə Azərbaycan Dövlət İqtisad Universitetinin işlərinə yaxından köməklik göstərdiyinə görə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru hörmətli Muradov Ədalət müəllim tərəfindən “təşəkkürnamə” almışdır.

18.06.2025-ci ildə Həmkarlar İttifaqı hərəkatında fəal iştirakına və Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illik yubileyi münasibətilə Azərbaycan  Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən “təşəkkürnamə” almışdır.

2020-ci ildə  İsrail  təlimçilərinin “Soft  Skills” fənni üzrə və Türkiyə alimlərinin  keçirdiyi “Sosial iş” ixtisası üzrə və digər  təlimlərində iştirak edərək 12   sertifikat əldə etmişdir.

 

 Sertifikatlar

1.”Tələbə nailiyyətlərinin artırılması yönümlü müasir tədris metodları” mövzusunda 08-12 fevral 2019-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin təşkil edilmiş  təlimində sertifikat əldə ermişdir. 

2.”Distant təhsildə tədrisin təşkili və metodiki təminatı” mövzusunda 31.08.20-04.09.20-ci il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin təşkil etdiyi təlimində iştirak edərərək sertifikat almışdır.

3.İstanbul Universitesi ve Azerbaycan Devlet İktisad Universitesi arasında yapılan işbirliği protokolu ile   24.05.2021-30.06.2021-ci il tarihler arasında gerçekleşdirilen 35 saatlik “ÇALIŞMA EKONOMİSİ”  sertifika proqramı çerçevesinde , eğitim proqramını başarı ile tamamlayarak bu belgeyi almaya hak kazanmışdır.

4.  Azərbaycan Dövlət İqtisad Universitetinin və türk mütəxəssislərinin birgə təşkil etdiyi 30 saatlıq “SOSİAL İŞ İXTİSASINA GİRİŞ”  fənni üzrə təlim proqramını uğurla başa vurduğuna görə təltif edilmişdir.

5.  Azərbaycan Dövlət İqtisad Universitetinin və türk mütəxəssislərinin birgə təşkil etdiyi 30 saatlıq “QLOBALLAŞMA VƏ BEYNƏLXALQ  SOSİAL İŞ” fənni üzrə təlim proqramını uğurla başa vurduğuma görə sertifikat almışdır.

6. Hacıtepe Universitesi ve Azerbaycan Devlet İktisat Universitesi arasında yapılan işbirliği protokolü ile 24.05.2021-30.06.21-ci tarihleri arasında gerçekleştirilen 35 saatlik “SOSYAL PROQRMLAR VE  HİZMETLER EĞİTİMİ” sertifika proqramı çerçevesinde, eğitim proqramını başarı ile  tamamlayarak bu belgeyi almaya hak kazanmışdır.

7. Azərbaycan Dövlət İqtisad Universitetinin və türk mütəxəssislərinin birgə təşkil etdiyi 30 saatlıq “SOSİAL İŞDƏ NƏZƏRİYYƏLƏR VƏ TƏCRÜBƏLƏR” fənni üzrə təlim proqramını uğurla başa vurduğuma görə  sertifikat almışdır.

8.  5-9    2018-ci il tarixlərində UNEC-in Quba  tədris, idman və istirahət mərkəsində təşkil olunmuş “Tədris materiallarının keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması”  mövzusunda təlimdə iştirakıma görə sertifikat almışdır.

9. Azərbaycan Dövlət İqtisad Universitetinin və İsrail mütəxəssislərinin 30.09.2022-ci il tarixində birgə  təşkil etdiyi “SOFT SKİLLS” fənni üzrə təlim proqramını uğurla başa vurduğuma görə müvəffəqiyyətli sertifikat  almışdır.

10.  11.02.2017-15.02.2017 ci il tarixlərində Abu Dabinin Paris Sorbone Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC Quba tədris, idman və istirahət mərkəzində təşkil  olunmuş “ Azərbaycan Dövlət İqtisad Universitetinin professor və müəllimlərinin auditoriyanı idarəetmə və təlim bacarıqlarının inkişaf etdirilməsi “mövzusunda  təşkil etdiyi təlim proqramını uğurla başa vurub sertifikat əldə etmişdir.

 

11.Hacettepe Üniversitesi Yaşam Boyu ÖgrenmeMerkezi tarafından Şubat 2022 tarihinde düzenlenen Organizasyonlar ve Topluluklarla Sosyal Çalışma Egitimi Proqramına katılarak bu belgeyi almaya hak kazanmışdır.

12. Hacettepe Universiteti 2024-cü ildə Prof.Dr.Yasemin Özkan tərəfindən  “Sosial işin qiymətləndirilməsi” təlim proqramını uğurla başa vuraraq sertifikat alımışdır.

 

Məqalələrinə görə dəfələrlə mükafatlandırılıb. Hal-hazırda Hirs indeksi 3-dür. 

Universitetin ictimai işlərində də fəal iştirak etmişdir. Hal-hazırda “İqtisadiyyat və idarəetmə” fakültəsinin həmkarlar sədridir. Mentor kimi də fəaliyyət göstərir.

Sultanova Nailə İdris qızı öz xeyirxah işləri ilə də seçilən müəllimlərdən biridir. Müəllim işlədiyi ilk dövrdən bəri öz vəsaiti hesabına motivasiya məqsədilə tələbələrə  çoxlu sayda kitablar  hədiyyə etmişdir.

2018-ci ildə xeyriyyəçilik məqsədilə Zaqatala rayonunda olmuş, şəhid ailələrinə və eyni zamanda da imkansız, ehtiyacı olan ailələrə yardım etmişdir.