Korporativ Akademik dərəcələr: i.e.n.
Müəssisə məlumatları: İqtisadiyyat Və İdarəetmə Fakültəsi, İqtisadiyyat Kafedrası
Ölçülər

Nəşr

13
Tərcümeyi hal

12.09.1955-ci ildə Azərbaycan Respublikasının Göyçay rayonunda anadan olmuşdur.

1972-ci ildə Göyçay rayon 1 saylı orta məktəbi bitirmişdir.

1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Ümumiqtisad fakültəsinin Siyasi iqtisad ixtisasına daxil olmuşdur.
1978-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirərək iqtisadçı, siyasi iqtisad müəllimi ixtisasını almışdır.

1978-1981-ci illərdə Gəncə Politexnik Texnikumunda, 1981-1995-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda siyasi iqtisad müəllimi vəzifəsində işləmişdir.

*1992-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi adına layiq görülmüşdür.

1995-2004-cü illərdə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunda “İqtisad elmləri” kafedrasının müdiri;
2004-2005-ci illərdə “Biznes inzibatçılığı” fakültəsində dekan müavini;
2005-ci ildən “Maliyyə-2” fakültəsində dekan müavini vəzifəsində çalışıb.

Hazırda “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının dosentidir.

50-dən çox müxtəlif səpgili elmi əsərlərin müəllifidir.

Ailəlidir, üç övladı və bir nəvəsi var.