Müəssisə məlumatları: Türk Dünyası İqtisad Fakültəsi, İqtisadiyyat Və İşlətmə Kafedrası, Hüquq
WoS Tədqiqat Sahələri: Social Sciences (Soc)
AVESİS Tədqiqat Sahələri: Social Sciences and Humanities
Ölçülər

Nəşr

5

Açıq giriş

1
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri
Tərcümeyi hal

Xanəhmədov Nəriman Kərəm oğlu 20 iyun 1971-ci ildə Azərbaycan Respublikasının Quba rayonunun Xınalıq kəndində anadan olmuşdur.

1989-cu ildə Quba rayonunda Orta Texniki Peşə Məktəbini bitirmişdir. 1991-ci ildə baş çavuş rütbəsi ilə hərbi xidmətini başa vurmuşdur. 1993-cü ildə Türkiyə Respublikasının Ankara Universitetinin TÖMER (Türk Dili Tədris Mərkəzi) proqramını müvəffəqiyyətlə tamamlamışdır.

1998-ci ildə Türkiyə Respublikasının Səlcuq Universitetinin Hüquq fakültəsini bitirmişdir. 2002-ci ildə həmin universitetin Sosial Elmlər İnstitutunda “Beynəlxalq Hüquq” ixtisası üzrə magistr dərəcəsi almışdır. 1995–2003-cü illər ərzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin Səlcuq Universiteti üzrə tələbə nümayəndəsi vəzifəsində çalışmışdır. 2000–2003-cü illərdə müxtəlif özəl şirkətlərdə müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir.

2004-cü ilin fevral ayından etibarən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) müəllim, 2012-ci ildən isə hal-hazırda baş müəllim vəzifəsində çalışır. Eyni zamanda, 2010-cu ildən etibarən Türk Dünyası Araşdırmalar Vəqfinin “Turan Eğitim” şirkətində müdir vəzifəsini icra edir. Azərbaycan Respublikasının Konstitusiyası və Hüququn Əsas Anlayışları, Ticarət Hüququ, Beynəlxalq Ticarət Hüququ, Vergi Hüququ, İdarəetmə Hüququ, Beynəlxalq Hüquq kimi fənləri tədris edir.

Beynəlxalq indeksli elmi jurnallarda bir sıra məqalələri dərc olunmuşdur. Müxtəlif sertifikatlara malikdir və bir kitabın müəllifidir.