Azərbaycan
Dövlət İqtisad Universiteti, 2001-2005-ci illər (bakalavr pilləsi); Azərbaycan
Dillər Universiteti, 2005-2007-ci illər).
2014-cü
ilə qədər laborant, 2014-cü ildən isə müəllim vəzifəsində çalışır. Hal-hazırda Azərbaycan
Dövlət İqtisad Universiteti, Xarici dillər departamentinin 0,5 ştat müəllimidir.
Tədris prosesində kommuninativ və interaktiv metodlardan istifadə etməklə
yanaşı ən yeni metodlarla yiyələnmək üçün Britaniya Şurasının və ABŞ səfirliyinin
təşkil etdiyi kurslarda iştirak edir.
Nərminə
Nazim qızı Hüseynovanın həm iqtisadi, həm də filoloji sahədə təhsil alması onun
auditoriyaya yüksək hazırlıqlı müəllim kimi daxil olmasına zəmin hazırlamışdır.
O, 2015-ci ildən AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat
nəzəriyyəsi şöbəsinin dissertantıdır. Elmi araşdırmalarının nəticələrinə uyğun
olaraq Respublikada və respublikadankənar nüfuzlu elmi jurnallarda
maraqlı məqalələri çap olunmuşdur. O, beynəlxalq səviyyəli konfrans və seminarlarda elmi-nəzəri
aktuallığı ilə seçilən məruzələrlə çıxış etmişdir.
Elmi
araşdırmalarla məşğul olması Nərminə Nazim qızı Hüseynovanın tədrisi tədqiqatla
əlaqələndirməsinə yardım etmişdir. N.Hüseynova tədrisdə
multidisiplinar əlaqəyə üstünlük verir, tələbələrin dünyagörüşünün
inkişaf etdirilməsi ilə əlaqədar dünya ədəbiyyatı nümunələrindən müvafiq
parçaların seçilib tərcümə edilməsinə, təhlilinə dərs
prosesində geniş yer ayırır.
Nərminə
Hüseynova universitetimizdə işlədiyi qısa müddətdə özünü
intizamlı, çalışqan, yüksək elmi səviyyəli bir müəllim
kimi göstərmişdir. O, universitetin və fakultənin ictimai həyatında fəal
iştirak etməklə professor-müəllim və tələbə heyətinin dərin hörmətini
qazanmışdır.