12 sentyabr 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci il Azərbaycan Dövlət İqtisad Universitetinin “Çoxişlənən Malların Texnologiyası” fakültəsinə qəbul olmuş və 2006-cı ildə ali təhsilini “Yüngül sənaye mallarının bədii layihələndirilməsi” ixtisası üzrə başa vurmuşdur.
2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn və texniki estetika” ixtisası üzrə magistratura pilləsinə daxil olmuş, 2019-cu ildə fərqlənmə diplomu ilə bitirmişdir.
2007-ci ildən, 2014-cü ilədək Poliqrafiya üzrə 3№ li Bakı Peşə Lisseyində ixtisas fənn müəllimi kimi çalışmışdır. 2015-ci ildən 2019-cu ilədək Bakı İdarəetmə və Texnologiya Kollecində ixtisas fənn müəllimi kimi çalışıb. 2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn” kafedrasında müəllim vəzifəsində çalışır. UNEC Dizayn məktəbinin Tələbə Elmi Cəmiyyətinin sədridir.
Türkiyyə Hacettepe Universiteti “İç məkan və Tekstil Tasarımı” və Türkiyyə Hacettepe Universiteti “Endüstriyel Tasarım” təlimlərini uğurla bitirərək sertfikatlar almışdır. UNEC-in təşkilatçılığı ilə Soft Skills (Yumşaq bacarıqlar) və Digital Skills (Rəqəmsal bacarıqlar) təlimlərində uğurla iştirak edərək sertfikatlar almışdır.
25-dən çox məqalə, tezis, tədris proqramının müəllifidir.
Ailəlidir, iki övladı var.
- Elektron poçt
- narmina_namazova@unec.edu.az
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/narmina_namazova