Müəssisə məlumatları: Xarici Dillər Departamenti, Xarici Dillərin Tədrisi Mərkəzi, Filoloq (İngilis)
WoS Tədqiqat Sahələri: Social Sciences (Soc)
Scopus Tədqiqat Sahələri: Social Sciences & Humanities
AVESİS Tədqiqat Sahələri: Social Sciences and Humanities
Ölçülər

Nəşr

2
Tərcümeyi hal

Təhsili

1988-ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu İngilis və Fransız dilləri fakültəsində təhsil almışdır.

Əmək təcrübəsi

1988-ci ilin dekabrından Latviya Respublikasının Riqa şəhərində 124 saylı bağça-məktəb kompleksində tərbiyəçi  müəllim vəzifəsində çalışmışdır.

1992-ci ildə 72-saylı məktəbdə ingilis dili müəllimi vəzifəsində çalışmışdır.

2000-ci ildən 2008-ci ilə qədər Azərbaycan Beynəlxalq Universitetinin İngilis dili kafedrasında müəllim vəzifəsində çalışıb.

2008-ci ilin oktyabr ayından Roman – German filologiyası kafedrasında müəllim vəzifəsinə qəbul edilmiş və bir müddət sonra  Ingilis filologiyası kafedrasında  baş müəllim vəzifəsində fəaliyyətini davam etdirmişdir.

2012-ci ildə Bakı Slavyan Universitetinin Təlim tərbiyənin nəzəriyyəsi və metodikası ixtisasi üzrə dissertanturaya qəbul olunmuşdur. Həmin ildən filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Tələbələrin şifahi nitqinin inkişafında kulturoloji aspektin nəzərə alınması ” adlı dissertasiya işi üzərində işləyir.

Əlavə məlumat

Dəfələrlə Beynəlxalq və Respublika konfranslarının iştirakçısı olmuş, İngiltərənin Kent Universitetində, Çin Xalq Respublikasında təcrübə mübadiləsi keçmişdir. AZETA və İATEFL cəmiyyətlərinin üzvüdür.  Təhsil Nazirliyi və Avropa İttifaqının Azərbaycanda Boloniya sisteminə dəstək - “Twinning” layihəsinin qiymətləndirmə üzrə yerli eksperi seçilmiş, bununla əlaqədar olaraq Finlandiya  və  Estoniyada  təcrübə  keçmişdir.

ERASMUS PETRA Layihəsinin Univeritet üzrə koordinatoru olaraq Avstriyanın “Dəqiq Elmlər” Universitetində,Türkiyənin “Qazi” Universitetində, İspaniyanın “Valensiya” Universitetində təcrübə mübadiləsində iştirak etmişdir.

2018- ci ildə Valensiya Universiteti tərəfindən keçirilən “HEAD-2018” beynəlxalq konfransında məqalə ilə çıxış etmişdir.

2021 –ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici dillər klafedrasında baş müəllim vəzifəsində çalışır.