Mən Alverdiyeva Nazilə Fərman
qızı 1962-ci ildə Laçın rayonunda qulluqçu ailəsində anadan olmuşam. 1969-cu
ildə I sinfə gedib 1979-cu ildə Bakı şəhəri 248 saylı orta məktəbi əla
qiymətlərlə başa vurmuşam. Həmin ildə D.Bunyadzadə adına Az.XTİ-na daxil
olmuşam və 1985-ci ildə institutu bitirərək mühəndis-texnoloq ixtisasına
yiyələnmişəm. Əmək fəaliyyətinə 1979-cu ildən başlamışam. 1979-cu ildən 1987-ci
ilə qədər “Azərittifaq”-ın müxtəlif sahələrində çalışmışam.
1987-1997-ci illərdə Ticarət Sənaye Palatasında
“Azərekspertiza” birliyinin eksperti kimi fəaliyyət göstərmişəm.
1999-cu ildən Əmtəəşünaslıq-Kommersiya İnstitutunda əvvəl
assistent, daha sonra müəllim vəzifəsində çalışmışam. 01.09.2000-ci ildən
Azərbaycan Dövlət İqtisad Universitetində baş müəllim kimi fəaliyyətimidavam
etdirmişəm.
2001-ci ildən “İstehlak mallarının ekspertizası”
kafedrasının dissertantı olub ”Azərbaycanın mineral sularının sürətli ekspertiza
üsulları ilə keyfiyyətinin qiymətləndirilməsi” mövzusunda elmi işə başlamışam.
2013-cü ildə müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini
almışam (Bakı FD №082172013).
2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında
Ali Attestasiya Komissiyası tərəfindən Dosent attestaı almışam (Bakı DS №054792016).
60-a yaxın elmi məqalə, tezis, proqram, metodik göstəriş,
dərs vəsaiti və dərsliklərin müəllifi və həmmüəllifiyəm.
3 il fakültə
həmkarlar təşkilatının üzvü olmuşam.
2 il fakültə Elmi
Şurasının üzvü olmuşam.
Yeni Azərbaycan
Partiyasının üzvüyəm və Universitetin ictimai həyatında yaxından iştirak
edirəm.
Ailəliyəm, 2 övladım və 4 nəvəm var.