Korporativ Akademik dərəcələr: h.e.d.
Müəssisə məlumatları: İqtisadiyyat Və İdarəetmə Fakültəsi, İqtisadiyyat Kafedrası-Məsləhətçilər
WoS Tədqiqat Sahələri: Law
AVESİS Tədqiqat Sahələri: International Law
Ölçülər

Nəşr

1

Açıq giriş

1
Tərcümeyi hal

16 may 1939-cu ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1963-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Hüquq” fakültəsini bitirib. 1963-1965-ci illərdə ordu sıralarında qulluq edib. 1965-1968-ci illərdə Sverdlovsk şəhərində Hüquq İnstitutunun aspiranturasında təhsil alıb, 1969-cu ildə “Beynəlxalq hüquq” üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1968-1971-ci illərdə SSRİ EA-nın Dövlət və Hüquq İnstitutunun “Beynəlxalq hüquq” şöbəsində kiçik elmi işçi, 1971-1974-cü illərdə P. Lumumba adına Xalqlar Dostluğu Universitetinin «Beynəlxalq hüquq» kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 1974-1977-ci illərdə SSRİ-nin Hindistandakı səfirliyində diplomatik korpusda çalışıb və eyni zamanda “Sovet icmalı” ictimai-siyasi jurnalın baş redaktoru vəzifəsində çalışıb. 1977-1990-cı illərdə Moskva Maliyyə İnstitutunun «Beynəlxalq iqtisadi münasibətlər» kafedrasında dosent, 1990-1991-ci illərdə Azərbaycan Respublikasının Ali Sovetinin «Hüquq» şöbəsində aparıcı
mütəxəssis kimi fəaliyyət göstərmişdir. 1991-1997-ci illərdə isə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Təsərrüfat hüququ» , “Politologiya və hüquq” kafedralarıının müdiri vəzifəsində çalışmışdır. Daha sonra “İqtisadiyyatın dövlət tənzimlənməsi” ,“Hüquq” və “İqtisadi hüquq” kafedralarında dosent vəzifələrində işləmişdir.

9 sentyabr 2009-cu ildə Azərbayсan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının ixtisaslaşmış müdafiə şurasında doktorluq dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru elmi adını almışdır. 2014-cü ildə isə professor adını almışdır. 2019-cu ilin noyabrında, tanınmış arxitektor Zivərbəy Əhmədbəyovun (1918-2018) nəvəsi olaraq prezident yubiley medalı ilə təltif olunmuşdur. 90-a yaxın elmi əsərin, o cümlədən elmi məqalə, monoqrafiya, lüğətlərin, məsələn "З00 терминов для начинающего бизнесмена" (Баку, 1992), həmçinin "Военные преступления: от Нюрнберга до Карабаха /международно-правовой анализ/" (Москва. 2000), "Вооруженные конфликты и военные преступления на Центральном Кавказе: международно-правовой аспект" (Баку. 2006),"Международно-правовое регулирование экономического сотрудничества государств в транспортной сфере" (Москва. 2011); в соавторстве "Внешнеэкономическая деятельность современного Азербайджана" (Баку. 2007), " Современное международное транспортное право" (Германия. Lambert. 2015), "Международное транспортное право и его институты" (Баку. 2016), "Международного публичного права права" II hissə, dərslik, 2018. və s. əsərlərin müəllifidir. Hazırda UNEC-in “İqtisadiyyat” kafedrasının professor-məsləhətçisidir. Ailəlidir, iki övladı var.İqtisadiyyat” kafedrasının professor-məsləhətçisidir.

Ailəlidir, iki övladı var.