Institutional Information: Xarici Dillər Departamenti, Xarici Dillərin Tədrisi Mərkəzi, Filoloq (Ingilis)
WoS Research Areas: Arts & Humanities (Ahci), Language & Linguistics, Arts & Humanities, Linguistics
Avesis Research Areas: Social Sciences and Humanities, Education, Education in Foreign Languages, Philology, English Language and Linguistics, Philosophy of Language
Metrics

Publication

12

Open Access

1
Biography

1980-ci ildə Ağdam şəhərində anadan olub. 1986-cı ildə Ağdam şəhəri 2 saylı tam orta məktəbində 1–ci sinifə başlamış, ölkəmizdə məlum müharibə şəraiti ilə əlaqədar təhsilini davam etdirmək üçün məktəbini bir neçə dəfə dəyişmişdir.
1997-ci ildə Azərbaycan Dillər Universitetinin “Filologiya” fakultəsinə qəbul olub və 2001-ci ildə bitirib.
2001-ci ildə Azərbaycan Dillər Universitetinin magistr pilləsinə ‘’Dilşünaslıq” fakultəsinə (ingilis-dili) qəbul olub,  2003-cü ildə fərqlənmə  diplomu ilə bitirib.
2003-cü ildə  Azərbayacan Milli Elmlər Akademiyası  Folklor İnistitutunda böyük laborant vəzifəsində çalışıb.
2005-ci ildə Ailə vəziyyəti ilə əlaqədar öz istəyilə tutduğu vəzifədən azad olunub.
2004-cü ildən 2017 – ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin ‘’Xarici dillər 2’’ kafedrasında saat hesabı (ingilis) müəllimə vəzifəsində çalışıb.
2017-ci ildən 2021- ci tədris ili daxil olmaqla Bakı Slavyan Universitetinin ‘’Tərcümə’’ fakultəsində 1 ştat vahidi (ingilis) müəllimə vəzifəsində çalışmış və öz istəyilə tutduğu vəzifədən azad olunmuşdur.
2021-ci yeni tədris ilindən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin ‘’Xarici dillər 3” kafedrasında (ingilis) 1 ştat vahidi baş müəllimə vəzifəsində çalışır. 2012-ci ildən Azərbayacan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnistitutunun dissertantı olmuş, 2023-cü ilin mart ayının 29-da son mərhələni uğurla başa vurmuş və 01.09.2023-cü il tarixində fəlsəfə doktoru elmi adını layiq görülmüşdür. 
Bu illər ərzində müxtəlif Beynəlxalq məqalə və konfrans materialları üzərində işləmiş və çap etdirmişdir.
Ailəli və iki övladı var.

***