Səmədov Pərviz
Həbib oğlu 1975-ci ildə İrəvan xanlığının Göyçə mahalının Basarkeçər rayonunda
(indiki Ermənistanın Vardenis rayonunda) ziyalı ailəsində anadan olub.
1981-ci ildə həmin rayonun Zərkənd orta məktəbində
təhsilə başlasa da, erməni sürgünü nəticəsində təhsilini burada başa vura bilməyib.
Natamam orta təhsilini Kəlbəcər, Krım, Tərtər
rayonlarında davam etdirib. Bakı şəhəri, 57 nömrəli məktəbi fərqlənmə şəhadətnaməsi
ilə qurtarıb, Azərbaycan Dövlət Tibb Universitetinin kimya-biologiya təmayüllü
Respublika baza liseyinə daxil olmuş və müvəffəqiyyətlə bitirmişdir.
1992-ci ildə YÖS imtahanı ilə İstanbul
Universiteti hüquq fakültəsinə və Hacəttəpə Universiteti sosiologiya bölümünə
daxil olmuşdur.
1992-1993-cü illərdə Ankara Universitetini
TÖMER-i qurtarmış, 1997-ci ildə Hacəttəpə Universitetindən sosioloq ünvanını
almışdır..
Magistratura təhsilini isə həmin universitetin
Beynəlxalq əlaqələr fakültəsində alaraq, 1999-2002-ci ildə məzun olub.
2002-2006-cı
ildə Ankara Dövlət Universiteti Siyasət Bilimi Beynəlxalq Əlaqələr Fakültəsini
Doktorluq dərs proqramını müvəffəqiyyətlə qurtarıb və “Qarabağ müharibəsi və
Erməni terroru” mövzusunda seminar müdafiəsini edib və eyni zamanda, Bakı Dövlət
Universitetində də ixtisası üzrə dissertant olub və 2016-cı ildə AR Prezidentinin yanında Dövlət
İdarəçilik Akademiyasının Müdafiə Şurası tərəfindən siyasi elmlər üzrə fəlsəfə
doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyası qəbul edilib.
Bakıelektrikşəbəkə Prezidentinin Ümumi və
Sosial məsələlər üzrə müşaviri vəzifəsində işləyib. Azərbaycan Turizm
Universiteti Menecmentlik kafedrasında, Dövlət idarəçiliyi və Strategiya dərsi
tədris edib.
Hazırda UNEC -in “İqtisadiyyat”
kafedrasının dosentidir.
UNEC-in İqtisadiyyat fakültəsinin katibidir.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Pərviz Həbib oğlu Səmədov, Azərbaycan
Respublikası, Elm və Təhsil Nazirliyinin “İlin qabaqcıl müəllimi” fəxri fərmanına
layiq görülüb,Türkiyə Respublikasının müxtəlif qurumlarından “Türk dünysına
xidmət” mükafatları ilə təltif edilib. Türk dünyası izləmə mərkəzinin siyasi
ekspertidir.
- Elektron poçt
- parviz.samadov@unec.edu.az
- Digər E-poçt
- semedovperviz@yahoo.com
- Veb Səhifəsi
- https://avesis.unec.edu.az/parviz.samadov